“REAL NÖVBƏTİ PARLAMENTDƏ 4-5 YER ALACAQ...” – “Hakimiyyət ağıllı addım atdı”

Image result for Rauf Mirqədirov real

Parlamentin siması daha elitar olacaq. O, daha gənc, bir neçə dil bilən şəxslərlə əvəzlənəcək. Müxalifətin baş verənlərə reaksiyası adekvat deyil. Əvvəla, resursları yoxdur. İkincisi, seçkiyə gedib-getməməklə bağlı fikrini belə daha dəqiq ifadə edə bilmir. Bir qisim boykot haqda danışır, halbuki, söhbət boykotdan yox, seçkidə iştirak etməməkdən gedir. Seçkidə iştirak edənlərinsə taktikası yoxdur”.  

"AzerTaym.az" “AzPolitika.info”-ya istinadən xəbər verir ki, bu fikirləri hazırda İsveçrədə yaşayan tanınmış jurnalist və siyasi təhlilçi Rauf Mirqədirov “Azadlıq” Radiosuna müsahibəsində bildirib. O qeyd edib ki, hazırda müxalif düşərgədə xoşagəlməz proseslər baş verir. Təhlilçi ReAL Partiyasına ciddi ümid edənlər olduğunu xatırladır və qeyd edir ki, bu təşkilat da ənənəvi müxalifətə çevrilməkdədir: “O, növbəti parlamentdə 4-5 yer alıb, konstruktiv müxalifət rolunu oynayacaq”

Hakimiyyətin növbədənkənar seçki qərarı verməsinin səbəblərinə gəlincə. Rauf Mirqədirov deyib ki, bu, birinci dəfə deyil. O, 2018-ci ildə də prezident seçkilərinin yarım il qabağa çəkilməsini xatırladıb: “O zaman bu, xarici amillərlə bağlı idi, indi isə ölkə daxilində baş verənlərlə. Ölkədə narazılıq olduğunu hakimiyyət də görür. Qabaqlayıcı addımlar atır. Müxalifətin toparlanaraq seçkiyə getməsini qabaqlayır. İkincisi də, bu, kadr dəyişiklikləri ilə bağlıdır. Hakimiyyətdən uzaqlaşdırılanlar narazıdırlar. Onların ünvanına ara-sıra tənqidlər, təhdidlər eşidilməkdədir. Köhnə qvardiyadan kimlərsə müxalifətdəki ovqatı qızışdıra bilər. Buna da vaxt lazımdır. Seçki elan olunub artıq, vaxt yoxdur. Məncə, hakimiyyət ağıllı addım atıb”.

Təhlilçi vurğulayıb ki, bu seçkilərdən bir qədər sonra hakimiyyətin referendum keçirərək Konstitusiyaya dəyişiklik edəcəyini gözləyir: “İndiki komanda 2025-ci ilə kimi köhnələ bilər. Və bir məqam, indi Mikayıl Cabbarovun başçılığı altında supernazirlik yaradılmaqdadır. Vaxtilə belə bir nazirlik Fərhad Əliyevin başçılığı altında yaradılmışdı. Məsələ ondadır ki, sistem dəyişməlidir. Yaxşı sistemdə ən pis menecer də onu dağıda bilmir, məsələn, Donald Tramp ABŞ-da demokratik sistemi dağıda bilmədiyi kimi. Bizdə isə yaxşı menecerlər pis sistemdə ancaq lokal sahələrdə uğurlar qazana bilərlər, ASAN Xidmət kimi. Ona görə bütövlükdə sistem, idarəetmə dəyişməlidir”.






Fikirlər