Adil Əliyev İsa Qəmbərə rəqib OLMADI
Milli Məclisin deputatı Adil Əliyev növbədənkənar parlament seçkisində iştirak edəcəyini rəsmən açıqlayıb. Modern.az xəbər verir ki, bu barədə Adil Əliyev sosial şəbəkə hesabından məlumat yayıb. Adil Əliyev qərarını seçicilərin çoxsaylı xahişləri ilə əlaqələndirib. O, yenidən Nərimanov rayonu, 20 saylı II seçki dairəsindən namizəd olacaq. Qeyd edək ki, əvvəlki seçkidə Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərə rəqib olan Adil Əliyev bu dəfə onunla qarşılaşmayacaq. Belə ki, artıq İsa Qəmbər 19 saylı Nərimanov birinci seçki dairəsindən namizədliyini irəli sürüb.