REAL Partiyasının sədri İlqar Məmmədov növbədənkənar parament seçkisinə buraxılmayıb.
Bunu partiyanın İdarə Heyətinin üzvü Natiq Cəfərli deyib.
O, qeyd edib ki, deakabr ayının 31-nə kimi İlqar Məmmədovun seçkiyə buraxılması məsələsi həll olunmalı idi: "Çünki Avropa Şurası Nazirlər Komitəsinin qərarı vardı. Bu qərar yerinə yetirilmədi. Və plenumla bağlı heç bir məlumat yoxdur. Nə İlqar Məmmədovu dəvət ediblər, nə də vəkilini. Bu məsələyə də baxılmayıb. Bu yolla Avropa Şurasının Nazirlər Komitəsinin qərarını yerinə yetirməməklə İlqar Məmmədovu və REAL-ın daha iki önəmli şəxsini seçkilərdən kənarda qoydular. Onların seçkilərdə iştirak haqqını tanımadılar”.
Natiq Cəfərli qeyd edib ki, İlqar Məmmədov məsələ ilə bağlı artıq Avropa Şurası Nazirlər Komitəsinə məktubla müraciət edib.
Qeyd edək ki, yanvarın 6-da Ali Məhkəmənin Plenumu keçirilib. Plenum İlqar Məmmədovun məsələsinə mənfi cavab verib. İlqar Məmmədov isə məsələ ilə bağlı Avropa Məhkəməsinə müraciət edib.
"AzerTaym.az"