Bu dairədə iki Rauf Abbasov OLDU

Bu dairədə iki Rauf Abbasov oldu

Fevralın 9-da keçiriləcək parlament seçkiləri ərəfəsində ən çox müzakirə olunan dairələrdən biri də 35 saylı Xətai Üçüncü seçki dairəsidir. Ümid partiyasının sədri İqbal Ağazadədən sonra "Yeni-Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu  da (Abbasov) həmin dairədən namizədliyini irəli sürdü. 

"Qafqazinfo" xəbər verir ki, bu gün isə MSK-nın iclasında 35 saylı dairə xüsusi nəzarətə götürülüb. Belə ki, namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu MSK-ya müraciət edib və qurum namizədin qeydə alınmasından imtina edilməsiylə bağlı Dairə Seçki Komissiyasının (DSK) qərarını ləğv edib.

Nəticədə, sözügedən seçki dairəsində namizədliyi qeydə alınmış iki Rauf Abbasov mübarizə aparacaq. Onlardan biri Rauf Arifoğlu Abbasov, digəri isə Rauf Çərkəz oğlu Abbasovdur.






Fikirlər