Karantin rejiminə etiraz edib icazəsiz mitinq keçirdilər - FOTO

Vladikavkazda insanlar koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən sosial təcrid rejiminə etiraz olaraq icazəsiz mitinq keçiriblər.

 "AzerTaym.az"-ın olke.az-a istinadən xəbərinə görə, şəhər əhalisi sosial izolyasiyaya etiraz edərək Vladikavkaz şəhərinin “Azadlıq” meydanına çıxarar icazəsiz mitinq keçiriblər. Aksiya keçirilən əraziyə çoxsaylı polis, Rusiya Qvardiya Qüvvələrinin döyüşçüləri və OMON cəlb olunub.

 Aksiya iştirakçılarının qarşısına Şimali Osetiya Respublikasının  başçısı Vyaçeslav Bitarov çıxaraq vəziyyəti və sosial izolyasiyanın zərurətini onlara izah edib.

Qeyd edək ki, Rusiyada 47121 nəfərə koronavirus infeksiyasına yoluxub və onlardan 405-i dünyasını dəyişib. 






Fikirlər