ABŞ Dövlət katibi rusiyalı nazirlə müzakirə aparıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər iki ölkənin koronavirusla mübarizədə qarşılıqlı fəaliyyətini müzakirə ediblər: "Koronavirus pandemiyası ilə mübarizə kontekstində BMT rəhbərliyinin və digər çoxtərəfli təşkilatların çağırışlarına uyğun olaraq beynəlxalq ictimaiyyətin bütün üzvlərinin səylərini birləşdirməyin zəruriliyi nəzərə alınmaqla, iki ölkənin bu sahədə qarşılıqlı fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib".






Fikirlər