Partiya sədri: “Bizi belə çox sevirlərsə, gəlib torpaqlarımızı terrorçulardan alsınlar”

Onlar Azərbaycana təzyiq göstərərək ala bilmədiklərini əldə etmək istəyirlər”.

Demokrat.az xəbər verir ki, bu fikirləri Avropa Şurasının (AŞ) timsalında Qərb təsisatlarının Azərbaycana qeyri-obyektiv yanaşmasının səbəbləri haqda danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib.

MMP sədrinin sözlərinə görə, Qərb təşkilatlarının Azərbaycana qarşı qərəzli münasibətinin arxasında öz maraqlarını həyata keçirmək niyyəti dayanır:

“Avropa dövlətləri hər zaman Azərbaycanı öz əlaltılarına çevirmək istəyirlər. Onlar Azərbaycana təzyiq göstərərək, ala bilmədiklərini əldə etməyə çalışırlar.

Avropalılar bizim halımıza belə çox yanırlarsa, bizi belə çox sevirlərsə, gəlsinlər, torpaqlarımızı terrorçulardan alıb versinlər, kömək etsinlər. Ancaq onların bu gün bizə ağıl öyrətməkləri yersizdir”.






Fikirlər