Meriya REAL-ın qurultayına icazə vermədi

Meriya REAL-ın qurultayına icazə vermədi

Bakı Şəhər İcra Hakimiyyəti Respublikaçı Alterantiv Partiyasının (REAL) qurultayına icazə verməyib. 

Bu barədə REAL sədri İlqar Məmmədov bildirib. “Dekabrda Bakı Şəhər İcra Hakimiyyəti deyirdi ki, yer ayıra bilmərik, yoxumuzdur. İndi isə deyir xüsusi karantin rejimi var, olmaz.

6 aydan çoxdur Respublikaçı Alternativə qurultay keçirməyə imkan verilmir. Konstitusiyada və Avropa Konvensiyasında nəzərdə tutulmuş haqqımız pozulur. Karantin ya da digər səbəblər haqqımızı bu qədər məhdudlaşdırmağa heç bir əsas verməsə də.

Hətta karantininə uyğun minimum sayda təsisçi ilə qurultay keçirməyə hazır olduğumuz müraciətimizdən aydın idi - təki başqa partiyalar kimi biz də dövlət qeydiyyatından keçə bilək. İndi Ədliyyə nazirliyi ya da başqa dövlət qurumu ilə bu haqda qısa bir müzakirəyə başlamağa çalışacağıq”, - deyə İlqar Məmmədov bildirib. /Yenisabah.az






Fikirlər