“Çox VÜQARlar haqqın qarşısında ƏYİLİB, YOX olub” — Akif AŞIRLI

Axır ki... Ədalət öz yerini tapdı. KİVDF -nin 10 il haqsızlığına tab gətirən, güc bəla ilə varlığını qoruyan "Şərq " üzümüzə gələn həftənin əvvəlindən öz gündəlik nəşrini davam etdirəcək. Biz kecmişə dönmürük, önə, gələcəyə baxırıq. İlahi ədalətin varlığına da şəkki -şübhə etmədən inanırıq. Çox vüqarlar Ədalətin, haqqın qarşısında əyilib, yox olub, onlar ücün həmişə Tarix və fakt yox, şəxsi mənfəət olub”.

"AzerTaym.az" demokrat.az-a istinadən xəbər verir ki, bu sözləri “Şərq” qəzetinin baş redaktoru, tanınmış jurnalist Akif Aşırlı özünün facebook səhifəsində yazıb. 

Akif Aşıqlı sözlərinə belə davam edib: KİVDF - nin yeni rəhbərliyinin təqdim etdiyi müsabiqə şərtlərinə görə, ən yüksək bala layiq görülmüşük. Var olun, doğru-dürüst seciminizə görə, minnətdaram! Kimin nə deməsindən asılı olmayaraq, klassik qəzetcilik ənənələrini nəinki qorumalı, inkişaf etdirməliyik. Biz buna nail olacağıq, mütləq nail olacağıq!”.






Fikirlər