"Tofiq Yaqublu hazırda reanimasiyadadır, sabah palataya köçürüləcək" - Adil QEYBULLA
"Mən Prezidentə şəxsən müraciət etdim ki, şəxsən mənim nəzarətim altında mülki xəstəxanada davam etdirilsin. Danışıqlar getdi və biz Tofiq bəyi xəstəxanaya köçürdük. Tofiq bəy burada da konvoy nəzarətindədir. Müəyyən analizlər götürülüb. Onlar barəsində tam təfsilatlı məlumat verəcəyəm". Yeniavaz.com xəbər verir ki, bunu Tibb sahəsi üzrə professor, həkim Adil Qeybulla bildirib. A.Qeybulla qeyd edib ki, Tofiq Yaqublunun xəstəxanaya gətirilməsində əsas məqsəd ekstremal vəziyyət olduqda qısa zamanda müdaxilə mümkün olsun.: "Əsas məqsədim odur ki, bu hüquqi proseslər öz həllini tapana kimi onun səhhətində ciddi problemlər yaşanmasın. Bütün göstərilən tibbi xidmət, vurulan iynə və dərmanlar mənim nəzarətimdə, mənim iştirakımla və icazəmlə icra olunur. Hazırda reanimasiyadadır. Sabah palataya köçürüləcək". Müsavat partiyası sədrinin hazırda həbsdə olan sabiq müavini Tofiq Yaqublunu hospitala yerləşdirilir. "AzerTaym.az" bildirir ki, bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi sosial şəbəkələr vasitəsilə məlumat verib. O bildirib ki, T. Yaqublu indilərdə "City Hospital"a gətirilib.
20.57