Tofiq Yaqublu palataya köçürülüb

Tofiq Yaqublu reanimasiyadan palataya köçürüldü

Hazırda həbsdə olan və məhkəmənin hökmünə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublu müalicə olunduğu xəstəxanada palataya köçürülüb.

“AzerTaym.az" bildirir ki, bu barədə onun qızı Nigar Həzi məlumat verib. O bildirib ki, T.Yaqubluya gecə sistem qoşularaq yatızdırılıb: “Reanimasiyadan palataya köçürülüb. Həkimi Adil Qeybulla indi yenə sistem qoşulacağını bildirdi. Bu gün Ombudsman aparatından iki nümayəndə gəlib Tofiq Yaqubluyla görüşüb”.

Xatırladaq ki, Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Rəsmi açıqlamaya görə, martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb. T.Yaqublu ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.

O, aclıq aksiyası keçirdikən 11 gün sonra müalicə olunması üçün "City Hospital"a köçürülüb.






Fikirlər