Qurban Məmmədov İstanbula niyə GƏLİB...?!

Qurban Məmmədov İstanbula niyə gəlib? 

Xaricdən Azərbaycan hakimiyyətinin sərt tənqid edən Qurban Məmmədov Türkiyənin İstanbul şəhərinə gəlib. 

Yenisabah.az xəbər verir ki, Qurban Məmmədov bununla bağlı paylaşım edib. Onun Azərbaycan hakimiyyəti üçün əl çatan olan Türkiyəyə gəlişi müxtəlif mülahizələrə səbəb olub. Məsələ burasındadır ki, Qurban Məmmədovun Prezidentin keçmiş köməkçisi Əli Həsənovla əlaqələrinin olması barədə iddialar var. Prezidentin keçmiş köməkçisi isə bir müddət əvvəl Türkiyəyə gedib. Əli Həsənov bu gedişini səhhətindəki problemlərlə əlaqələndirib. O, bununla bağlı açıqlama yayaraq müalicə olunduğunu 10-15 günə Azərbaycana qayıdacağını bəyan edib. 

Lakin bu səfərin müalicə məqsədilə edilmədiyini düşünənlər də var. Prezidentin keçmiş köməkçisi vəzifəsindən çıxarılandan sonra hakimiyyətə yaxın media qurumlarında onunla barəsində tənqidi materialların tirajlanması, daha sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsində KİVDF ilə bağlı başlanmış cinayət işinin istintaqına cəlb edilməsi barədə məlumatların yayılması illərlə ölkənin ictimai-siyasi seqmentini kurasiya edən bu şəxsin həbsinə hazırlıq getdiyi barədə ehtimallara səbəb olub. 

Əli Həsənov Türkiyəyə getdikdən sonra onun Qurban Məmmədovla əlaqələrinin olması barədə xəbərlər yayılmağa başlayıb. İstər Prezidentin keçmiş köməkçisi, istərsə də, Qurban Məmmədovun özü bu məlumatları təkzib etsə də, adıçəkilən şəxslərin işbirliyində olması barədə məlumatlar səngimir. 

Qurban Məmmədovun İstanbulda olması bu baxımdan maraqla qarşılanıb və səfərin Əli Həsənovla görüş məqsədilə edildiyi barədə mülahizələrə səbəb olub. Bu arada qeyd edək ki, Əli Həsənovun Qurban Məmmədov və hökuməti sərt formada tənqid edən, iqtidarın “söyüş müxalifəti” adlandırıdığı qurpun üzvləri ilə bir neçə dəfə Türkiyədə görüşdüyü barədə də məlumatlar yayılmışdı.

 

 






Fikirlər