– Aslan İsmayılov “Mübarizəni kişi kimi apararlar”
Tanınmış vəkil Aslan İsmayılovun Facebook statusunda maraqlı açıqlama iə çıxış edib. Həmin açıqlamanı təqdim edirik:“Təxminən 2 saat öncə Milli Məclisə seçkilərdə iştirak edən bir namizədin Facebook səhifəsindən www.sesverme.informasiya.org saytında dairələr üzrə virtual səsvermənin keçirildiyini gördüm. Səsvermənin linki səhifələrimdə paylaşılandan 2 saat sonra 20 saylı Nərimanov ikinci seçki dairəsində gedən səsvermədə 1000-ə qədər səslə (75%) siyahıda birinci idim. Qalan 25% səsi isə həmin dairənin deputatı Adil Əliyev və digər 7 nəfər namizəd bölüşürdülər. Yeri gəlmişkən, vaxtını ayırıb səsini verən hər birinizə təşəkkür edirəm!
Görünür saxtakarlığa vərdiş etmiş adamlar virtual gedən səsvermələrə belə biganə qala bilmirlər. Artıq 15 dəqiqədir ki, qeyd edilən saytda 20 saylı seçki dairəsini bağlayıblar. Halbuki, bütün dairələrdə səsvermə davam edir. Ümid edirəm ki, səhifə rəhbərliyi bunu bilərəkdən ETMƏYİB.
Yox əgər bilərəkdən atılan addımdırsa, belə yazıq insanların, bu cür acizliklərinə ancaq təəssüf edə bilərəm. Mübarizəni kişi kimi apararlar!”