“Balaca Ermənistan Rusiyaya necə dayaq ola bilər?!“ - MÜSAHİBƏ
Müharibə dövründə ədalətli mövqeyi ilə seçilən Rusiyalı jurnalist, politoloq Maksim Şevçenko bu dəfə RTV1 kanalının erməni əsilli aparıcısı Tina Kandellakinin təxribat xarakterli suallarına cavab verib. "AzerTaym.az" yenisabah.az-a istinadən müsahibəni təqdim edir: - Səndən Ermənistan-Azərbaycan münaqişəsi haqqında soruşmaya bilmərəm. Çünki bu mövzu haqqında kifayət qədər dəqiq fikirlər söyləmisən. Necə düşünürsən, səncə, bu münaqişənin yenidən alovlanma səbəbi nədir? Nə üçün hazırda orada gərgin vəziyyət hökm sürür? - Münaqişə heç vaxt bitməmişdi. Çünki ərazilərinin işğalı heç vaxt çoxmillətli Azərbaycan xalqının barışa biləcəyi fakt ola bilməzdi. Onlar nəinki oğuz türkləri olan azərbaycanlılardır. Azərbaycanda həm də çoxlu sayda rus yaşayır. Hətta Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda rus əsilli azərbaycanlılar həlak olublar. Azərbaycanda yəhudilər, tatarlar, talışlar, ləzgilər, saxurlar, avarlar, gürcülər yaşayırlar. - Ermənilər... - Bəli, Azərbaycanda bu gün 30 min erməni yaşayır. Qarabağ Azərbaycanın ərazisidir. Buna baxmayaraq, ermənilərin orada yaşamaq hüququna heç kəs rədd cavabı verməyib. Lakin onlar azərbaycanlıları orada yaşamaq hüququndan məhrum etdilər. 1992-ci ildə oradan təxminən 1 milyon, Ermənistanda isə 300 minə qədər azərbaycanlı qovuldu. Bütün Ermənistan boyunca onların evləri dağıdılır, özləri isə qəddarcasına qovulurdu. - Sən bugünkü videonu görmüsən? Hansı ki hər yerdə göstərilir. - Tina, mən bütün bu videoları görmüşəm. Mən bunun içində uzun iddərdir yaşayıram. Münaqişənin mövzusu ilə dünən tanış olmamışam. Eyni formada azərbaycanlıları Zəngilandan, Ağdamdan qovurdular. Ortada qatil və terrorçuların yüzlərlə mülki əhalini qətlə yetirdiyi Xocalı faciəsi var. - Bu, məlum faktlardır. Olar ki, mən fikrimi bitirim? - Mən bu münaqişədə ədalətin tərəfindəyəm. - Bu, Azərbaycandır? - Əlbəttə ki, ədalət Azərbaycandır. Mən “Sovet sərhədləri heç bir əhəmiyyətə malik deyil”,-deyən Paşinyanın səsini eşidən zaman özlüyümdə sual verirəm ki, bəs hansılar əhəmiyyətə malikdir? Heredot və kiçik Pliniyin təsvir etdikləri? - Mən də bu haqda eşitmişəm. - Bu, sözün əsl mənasında dəlilikdir. - Tiqranın Ermənistanı artıq yoxdur, bu aydındır. -Heç zaman olmayıb. Azərbaycan var, Ermənistan var, bitti. - Jurnalistin münaqişədə tərəflərdən birini seçməsi doğrudurmu? -Tina, mən bu münaqişədə jurnalist olaraq çalışmıram. Həmişə siyasətçi olaraq çxış etmişəm, çünki bu, mənim siyasi mövqeyimdir. Tbilisidə, İrəvanda, Qarabağda, Pyatiqorskda, Soçidə yaşayan ermənilər çox təhlükəli və yalançı bir ideyanın-“Böyük Ermənistan” ideyasının əsirinə çevriliblər. Necə ki zamanında alman xalqı “Böyük Alman” ideologiyasının girovuna çevrilmişdilər. Yəni düşünürdülər ki, bütün almanlar hansısa mistik reyx ərazisində yaşamalıydılar. Bir zamanlar qədimdə alman qəbilələri toplandığı yer... Ermənilərdə də eyni vəziyyətdir. Nəyə görə Türkiyə Azərbaycana o vaxt kömək edirdi? Tamamilə başqa səbəbə vardı. 1992-ci ildə Qarabağ faciəsindən sonra azərbaycanlıların vətənləri işğal altında idi. Onlar fikirləşirdilər ki, onlara kim kömək edəcək? 90-cı illərin sonlarında onlar əsasən, Türkiyənin hərbi məktəblərində təhsil alırdılar. Axı harada oxuya bilərdilər ki? Burada isə ermənilər oxuyurdular, Moskvadakı erməni lobbisi Rusiyanı məşğul edir. Hakimiyyətin digər hissəsi, şəxsən Putin bu məsələdə çox ağıllı mövqe tuturdu. Hər zaman Azərbacan prezidenti İlham Əliyevlə şəxsi münasibətləri qoruyub saxlayırdı. Ermənistan lobbisinin bir hissəsi Rusiyanı Azərbaycana qarşı kökləyən mövqe tuturdu. Fikrimcə, bu zaman ortaya qoyulan arqumentlər ağılsız və qeyri-rasional idi. Çünki deyirdilər ki, guya Ermənistan Qafqazda Rusiyanın dayağıdır. Yəni bütünlüklə Rusiyadan asılı olan, atom elektrik stansiyasına malik olan balaca ermənistan necə dayaq ola bilər? Hansı ki, elektrik enerjisini gizli olaraq İrana və qismən də Gürcüstana satır. Çünki başqa heç kimə elektrik enerjisi satmaq mümkün deyil. Axı bu stansiya Bakı nefti üçün tikilmişdi. Çünki o zaman vahit Sovet İttifaqı var idi. O, tamamilə bir qrup lobbiçilərdən asılı idi. Onlar Moskvada oturub erməni xalqını satırdılar, həmçinin Paris və Kaliforniyadakı digər erməni lobbisilə yarışırdılar. Bu lobbi qrupları Ermənistan üstündə belə savaşırdılar. Türkiyə qardaş xalqın köməyinə gəldi. Xatırladım ki, Heydər Əliyev xəstə olduğu zaman Moskvada yox, Türkiyədə müalicə alırdı. Halbuki Heydər Əliyev Sovet İttifaqı üçün inanılmaz dərəcədə böyük işlər görən şəxsiyyət olub. -Sən bütün videolara baxırsan. Aydındır ki, hər kəsin müzakirə etdiyi sonuncu videonu da görmüsən. - Hansı sonuncu videonu? - Azərbaycan əsgərlərinin növbəti dəfə təhqir etdiyi məzarlar olan videonu... - Düşünürəm ki, onlar cəzalandırılmalıdırlar. Bəs sən təhqir olunmuş və murdarlanmış Azərbaycan məzarlarının videolarını görmüsən? Bəs bunu niyə heç kəs müzakirə etmir? Füzulidə, Ağdamda, Kəlbəcərdə, hər yerdə məscidlər, məzarlar murdarlanıb, Azərbaycan xalqının ölüsü və dirisi ilə bağlı çoxlu sayda abidə məhv edilib. Niyə sən bunu müzakirə etmirsən?