“Ter Petrosyanla telefonla danışmışam...” – Rəsul Quliyev
“Müharibənin qurtarması ilə əlaqədar Prezidentin MDB ölkələrinin iclasındakı çıxışı iki mühüm tezisi ilə əlamətdardır”. “Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, birincisi Azərbaycanın işğal olunmuş kənd və şəhərlərinin darmadağın edilməsi və bu vəhşiliyi xarici jurnalist və siyasətçilərin Xirosima və Naqasakinin ilə müqayisə etməsi barədə fikirlərə münasibət bildirməsidir. “Prezident bu dağıntıların vizual olaraq Xirosimaya oxşadığını, mahiyyətcə tam fərqli olduğunu qeyd etdi. Xirosima müharibə gedən dövrdə, həm Yaponya, həm də ABŞ əsgərlərinin məhv edilməsinin qarşısını almaq üçün atom bombasından istifadə edilib. Azərbaycan kənd və şəhərləri isə 1998-ci ildən yəni işğaldan 3 il sonra dağıdılmağa başlanıb. Bu tamamilə düzgün izahatdır. 1994-96-cı ilə qədər mən Ermənistan parlamentinin sədri Araxçıyanla görüşmüşəm, Ter Petrosyanla telefonla danışmışam. Əminliklə onların Azərbaycan torpaqlarının onların olması iddiasında deyildilər və DQ barədə müəyyən bir status qəbul ediləndən sonra torpaqların qaytarılacağına əmin idilər. Mənim Araxçıyanla görüşümdən sonra mətbuat konfrası oldu. Və orada Araxçıyan bu torpaqların Azərbaycan torpaqları olduğunu qeyd etdi. Prezident Əliyevin ikinci tezisi bizim işğal olunmuş ərazilərimizi “Koçaryan və Sərkisyan xarabalığa çevirib” fikridir və bu 100 faiz həqiqətdir. Prezidentin çıxışını ermənilər qiymətləndirməyi bacarmalıdırlar. Onun obyektivliyinin gələcək Azərbaycan Ermənistan əlaqələrində həlledici rol oynayacağını başa düşməlidirlər”.