“Tutaq ki, Amerikada demokratiya büdrəyir, niyə sevinirsiniz?” - İqbal Ağazadə
“Amerikada baş verənlərə gülənlər öz əməllərini pərdələmək istəyənlər, demokratik seçki, demokratik cəmiyyət istəməyənlər, demokratiyaya qarşı gedənlərdir”. "AzerTaym.az" xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. “Lap tutaq ki, Amerikada demokratiya büdrəyir. Niyə sevinirsiniz? Demokratiya istər Amerikada büdrəsin, istər Azərbaycanda, istər Afrikada, istər Avropada, bu, insanlığın ziyanınadır” – İ.Ağazadə qeyd edib. /Yenisabah.az