Amerikada 5 milyon miqranta “yaşıl işıq” - VİDEO
ABŞ prezidenti Barak Obama 5 milyon miqrantın taleyini həll edən qanun paketini imzalayıb.
Qanuna görə, 5 ildən çox ABŞ-da yaşayan və heç bir cinayət törətməmiş miqrant deportasiya edilməyəcək.
İnterpress.az xəbər verir ki, Obamanın imzaladığı qanun layihəsi respublikaçıların etirazıyla qarşılanıb. Obama miqrantlarla bağlı keçmiş sistemin artıq işlək olmadığını bildirib:“Ölkədə 5 milyondan çox qaçaq şəkildə yaşayan miqrant var. Onların daim gərginlikdə yaşaması dövlət qurumları üçün də əlavə problemlər yaradır. O qədər insanın ölkədən çıxarılması mümkün deyil. Bu qanun amnistiya deyil, insanların ABŞ cəmiyyətinə inteqrasiyasının sürətləndirilməsidir”.