Putin Moskva görüşündən öncə Paşinyanın saqqalını qırxdırıb...

Putin Moskva görüşündən öncə Paşinyanın saqqalını qırxdırıb...

Erməni mediasında və sosial şəbəkələrdə 11 yanvar Moskva görüşü zamanı Paşinyanın saqqalının niyə bu qədər qısa olması barədə müxtəlif ciddi və qeyri-ciddi fikirlər səslənməyə başlanıb.

 "AzerTaym.az" bildirir ki, “Dejavyu” telegram-kanalı məsələyə aşağıdakı kimi aydınlıq gətirib.

“Paşinyanın tibbi müayinələrinin təfərrüatları. 

Öncədən xəbər verdiyimiz kimi, yanvarın 11-də Moskvaya səfərindən bir həftə əvvəl Putin administrasiyasının göndərdiyi bir qrup tibb mütəxəssisi baş nazir Paşinyanın səhhətini yoxlamaq üçün Ermənistana gəlib. Qəbul edən tərəfə inam yaratmaq üçün müayinələr Rusiyadan gətirilmiş avadanlıqdan istifadə edilərək aparılıb. Yoxlama məlumatlarının gecikməsi də səfərlə bağlı dəqiq məlumat verilməməsinin və son araşdırma nəticələri əldə olunana qədər səfərin təsdiqlənməməsinin səbəbi olub.

Rus mütəxəssislər qənaətbəxş nəticələr əldə etsələr də, Nikol Paşinyan üçün başqa bir şərt də qoyublar. Müayinənin nəticələri barədəki arayışda aydın mətnlə müxtəlif mikrobların və infeksiyaların yayılmasına səbəb ola biləcəyi üçün Ermənistan baş nazirinin saqqalını da qırxmasının lazım olduğu deyilib. Paşinyan isə  onun talismanı olduğu üçün görüşlərdən əvvəl lazımi şəkildə dezinfeksiya olunacağına  söz verərək, mümkünsə, saqqalın qısa olsa da, saxlanılmasını xahiş edib. Çox deyişmələrdən sonra rus tibb mütəxəssisləri Moskvadakı həmkarları ilə məsləhətləşərək mümkün qədər təhlükəsiz ola biləcək ən qısa saqqal seçiminə icazə veriblər. Bu səbəbdən Paşinyan artıq brend halına gəlmiş saqqalını bu qədər qısa kəsib”- deyə telegram-kanal yazır.  /Moderator






Fikirlər