Üçtərəfli görüş həm də onu göstərir ki... - Rusiyalı EKSPERT

Üçtərəfli görüş həm də onu göstərir ki... - Rusiyalı ekspert

"Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında keçirilmiş üçtərəfli görüş sübut edir ki, kəskin addımlar dövrü arxada qalıb və yerini iqtisadi münasibətlərin formalaşmasına buraxıb".

  Bunu rusiyalı ekspert Vasili Koltaşov deyib.

Onun sözlərinə görə, üçtərəfli görüş həm də onu göstərir ki, sülh bərqərar olunub və artıq bir sıra Avrasiya bazarını birləşdirən bu regionu inkişaf etdirməyə başlamaq olar:

"Burada ilk Türkiyə, Rusiya və İran bazarından söhbət gedir. Aydındır ki, bu üç ölkə arasında, həm də Rusiya ilə Türkiyə və Türkiyə ilə İran arasında müəyyən fikir ayrılıqları mövcuddur. Bundan sonra bu regionlar bir-biri ilə birləşəcək".

Ekspert vurğulayıb ki, bütün şərtlərə əməl olunacağı təqdirdə artıq 2021-ci ilin sonunadək bu ölkələr arasında ticarət dövriyyəsinin artımını qeyd etmək olar:

"Növbəti 20 il ərzində ticarət dövriyyəsi artacaq. Biz indi böhran dövrünün başa çatdığı və iqtisadi yüksəlişin başladığı dövrə daxil oluruq". (Trend)






Fikirlər