“İrəvanı Bakıdan asılı vəziyyətdə saxlamaq üçün...” - Ekpert maraqlı məqamlardan danışdı
"Ermənistana qaz, elektrik, internet, yol və s. kimi həyati vacib xidmətlərin Azərbaycanın nəzarətində olması, qonşuların siyasi-hərbi manevr imkanlarını məhdudlaşdırmaq, o cümlədən Turan dəhlizinin normal fəaliyyətini təmin etmək baxımından İrəvanı Bakıdan asılı vəziyyətdə saxlamaq üçün ən doğru addımdır. Burada əsas olan xidmət qiymətlərinin beynəlxalq səviyyəyə uyğun olmasındadır". "AzerTaym.az" yenisabah.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Ekpert ikinci vacib məqamdan da söz açıb: "İkinci vacib məqam isə Azərbaycanda və Qarabağda əhalimiz üçün erməniləri qısqandıracaq qədər yüksək səviyyəli iqtisadi inkişaf tempini, hüquqi və demokratik islahatları təmin etməkdən ibarətdir. Belə olan halda, 30 ildən sonra Ermənistanda 10 faizdən çox erməni tapan şəxsə ali mükafat vəd edəcəklər. İnsan övladı doğulduğu elini obasını adətən ailəsinin normal yaşayışı üçün tərk edir". "Bu proseslər Rusiyada yaşayan vətəndaşlarımızın böyük bir hissəsinin qayıtması üçün də impuls verə bilər. Azərbaycan yaxın 5 ildə Qarabağın inkişafını sürətləndirmək üçün azad edilən ərazilərə heç olmasa 500 min əhali yerləşdirməlidir. Qarabağda əhalinin sürətlə yerləşdirilməsi, oradakı erməni kontingentinin diffuziyasını təmin edəcək", - deyə Ə.Verdiyev qeyd edib.