Rəsul Quliyevdən erməni seçicilərinə mesaj: "Ermənistanda ondan başqa normal düşünən insan yoxdur"

Rəsul Quliyevdən erməni seçicilərinə mesaj:

Avropa ittifaqı ABŞ-ın hegemonluğundan qurtarmaq üçün İttifaqa daxil olan ölkələri bir dövlət kimi birləşdirmək və pul vahidi Evroya beynəlxalq valyuta statusu vermək vistəyir. Bu proses uzun çəkəcək, bəlkədə heç vaxt baş tutmayacaq.Avropanın bir çox ölkələri faktiki Almaniyanın hegemonluğu altında birləşmək istəmir. 
 
ABŞ Asiya siyasətində fundamental dəyişiklər etmək niyyətindədir. İlk növbədə 3 ekstra texniki inkankanlara malik Yaponiya,Cənubi Koreya,ABŞ alyansı yaratmaq istəyir. Bu reqionda 3-lüyün hərbi qüdrətini ən azı 30 faiz qaldırmaq istəyir.Bu rəqəm çox böyük rəqəmdir və ikinci super derjava çevrilmiş Cinin resurslarının böyük bir hissəsinin hərbə xərclənməsinə gətirib çıxardacaq.RF-sının bu qlobal dəyişiklərdə yeri yoxdur.Sovet dövründən qalmış nüvə sillahları hesabına derjava olmaq mümkün deyildir.Nə qərbdə,nə də şərqdə Rusiyanı özünə eyni hüquqlu partnyor hesab edən ölkə yoxdur. Çin Rusiyanın xammalından istifadə etməklə ardıcıl onun torpaqlarını dinc yolla ələ keçirir və yaxın 50 ildə Ural dağlarına qədər Rusiya ərazilərində Çin dili ikinci dövlət dili olacaq.Qərblə sərhəddə Narvadan tutmuş Sevastopola qədər Rusiyaya qarşı açıq düşmən mövqedə duran düşmən ölkələr dayanıb, Rusiya bir dövlət kimi tam süquta çatana qədər bu düşmənçilik qalacaq.
 
Qlobal siyasətin qütbləşdiyi ,regionlaşdığı bir zamanda yeni bir oyunçu aparıcı olmaq fikirindədir. Bu oyunçunun adı həm əhalisinin sayı, həm iqtisadiyatı,həmdə hərbi gücünün böyük  sürətlə artdığı Türkiyə cümhuriyyətidir. Türkiyə Avropadan Azərbaycan,Gürcüstan,Ermənistan,Ukraina Asiyadan Qazaxstan,Özbəkistan,Qırğızıstan və Türkmənistan dövlətlərinin alyansını yaratmaq istəyir. Belə bir alyans yaransa bu alyans 4-cü güc mərkəzi, derjavası olacaq. Ən əsası bu derjavanın dünyanın 2-ci derjavası Çinlə əlqələri dostluq fundamenti üzərində qurulub. Belə bir alyans istənilən aqressiv dövləti yerinə oturda bilər. Faktiki bu alyans 250 milyona yaxın insan resurslarına, RF-dan 2 dəfə çox iqtisadi potensiala malik olan bir alyans olacaq və istənilən aqressiyanın qarşısında dayanmaq şansına malik olacaq. Bu alyans Pakistan,Banladeş və İsrail,Liviya hesabına genişləndirilə bilər. 
 
Erməni işğalına qarşı apardığı 44 günlük müharibədə Türkiyənin real köməyi əsasında formalaşmış Azərbaycan -Türkiyə münasibətləri Alyansın yaranmasında aparıcı rol oynaya bilər. Azərbaycan Zaqafqaziyada aparıcı dövlətdir. Belə bir alyansın yaranmasında hər 3 ölkə maraqlıdır. İlk növbədə Ermənistana RF-dan xilas olması üçün belə bir alyansın yaranması hava və su kimi lazımdır.
 
2021-ci il Azərbaycan dövlətinin siyasətinin zirvəsi ola bilər.İki çox önəmli məsələnin həlli Azərbaycanın gələcəyinin yeni ,möhtəşəm təməlini qoya bilər. Birincisi azad edilmiş torpaqların bərpası siyasətinin yeni , reformist strategiya ilə həyata keçirilməsi. İkincisi Zaqafqaziya -Türkiyə-orta Asiya əlaqələrinin xüsusi bir səviyyəyə çatdırılması. Baş nazir Paşinyan İyunda respublikada parlament seçkiləri keçiriləcəyini elan edib. Bu məqsədlə baş nazir postundan Apreldə istefa verəcək (ancaq seçkilərə qədər baş nazir vəzifəsini yerinə yetirəcək) və komandası ilə birlikdə seçkilərdə iştirak edəcək.RF-nın prezidenti V.Putin onun partiyasının udmaması, Paşinyanın yenidən baş nazir seçilməməsi üçün bütün vasitələrdən o cümlədən Müdafiə nazirliyinin QRU (hərbi kəşfiyyat) və8:09 PM Federal kəşfiyyat idarəsinin (keçmiş KQB) bütün gücündən o cümlədən respublikada terror aktları təşkil etməklə ya öz adamını gətirmək və ya seçkilərin keçirilməsinin qarşısını almaq üçün istənilən cinayət aktları həyata keçirəcək. Putin Koçaryan, Sərkisyan və o tipli bəzilərinin Ermənistanda qələbə çala bilməyəcəklərini yaxşı bilir. Heç vaxt Ermənistanda siyasi fəaliyyət göstərməmiş Rusiyada yaşayan Aro Abramyan adlı birisini hakimiyyətə gətirməyidə düşünür. Ermənilər DQ və o regiondan siyasətə gəlmişləri bir daha hakimiyyətə buraxmayacaq. Ona görə Rusiya əl altısı Arturyandan istifadə edə bilməyəcək.Putin Qarabağın əlində olan hissəsində istənilən xaos yarada bilər. Erməniləri öldürüb bunu Azərbaycan ordusu və ya xüsusi xidmət orqanlarının üstünə yıxa bilər. Asanlıqla həyata keçirə biləcəyi bu terror aktları ilə Paşinyana qarşı nifrəti gücləndirə və hansı isə fanatın əli ilə onu öldürdürə bilər. Paşinyan faktiki seçkidə qələbə çalmaq uğrunda mübarizəyə başlayıb. O Ermənistanın rayonlarına gedir, çıxışlar edir, çıxışlarında müharibəni birdəfəlik saxlamağı, Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyi və əlaqələri bərpa etməyin vacibliyindən danışır. Ən əsası ermənilər onun Azərbaycanla əlaqədar siyasətini dəstəkləyir.Ermənistanın Təhlükəsizlik Şurasının başçısı Türkiyə ilə əlaqələrin bərpa edilməsinin vaxtı çatıbdır (sözsüz Paşinyanın tapşırığı ilə) bəyan edir və xalqın reaksiyasını yoxlayırlar. Pozitiv reaksiya bu bəyanatlar Paşinyanın çıxışlarında da yer tutacaqdır.
 
Putin Paşinyanı Moskvaya çağırıb. Bu görüşdə Paşinyan ona sadiq qalacağını dəridən qabıqdan çıxaraq sübut etməyə çalışacaq. Putin açıq tekstlə Ermənistan özünü yaxşı aparmasa DQ onun əlindədir nə istəsə onuda edə bilər. İstəsə Azərbaycana,istəsə Ermənistana, istəsədə məsələn cənubi Asetiya kimi özünün anklavı edə bilər.Paşinyanın məqsədəi onu inadırmaq və seçkilərə Rusiyanın qarışmamasına nail olmaqdır. 
 
Azərbaycan Paşinyanın bu seçkilərdə daha güclü qələbə çalmasında maraqlıdır. Ermənistanda ondan başqa normal düşünən insan yoxdur. Hamısı hakimiyyətə gəlmək üçün istənilən cinayətə gedən adamlardır. Koçaryanlar, Sərkisiyanlar və bir çoxları cinayətkarlardır. Onların yeri baş nazir yox həbsxana olmalıdır.
 
Rəsul Quliyev, Eks spiker






Fikirlər