Nemət Pənahlı koronavirusa YOLUXDU: Vəziyyəti AĞIRDIR...

Nemət Pənahlı koronavirusa yoluxdu: Vəziyyəti ağırdır

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı koronavirusa (COVİD-19) yoluxub.

 Bu barədə tanınmış hüquqşünas Namizəd Səfərov öz “Feysbuk” hesabında paylaşım edib.

Namizəd Səfərovun sözlərinə görə, Nemət Pənahlının son durumu heç də ürəkaçan deyil.

“Nemət Pənahlı COVID-19-la həyat uğrunda ölüm-dirim mübarizəsi aparır”.

Qeyd edək ki, Nemət Pənahlı Milli Dövlətçilik Partiyasının sədri, 1988-ci ildə meydan hərəkatı zamanı əsas simalardan biri olub.  /Yenisabah.az






Fikirlər