Ağalar Vəliyev seçicilərlə görüşdü - FOTO
Namizədin seçki qərargahının mətbuat xidmətindən verilən məlumata görə, görüşlər Şəfəq, Yeni-yol və Xanqərvənd kəndlərində baş tutub.
Şəfəq kəndində keçirilən görüşü YAP Goranboy rayon təşkilatının sədr müavini Əzra Həşimova açaraq A.Vəliyevin ölkədə və ölkədən xaricdə tanınan insanlardan olduğunu deyib. O, namizədin Goranboyda görülən tikinti-quruculuq, abadlıq işlərində yaxından iştirak etdiyini diqqətə çatdırıb.
Daha sonra A.Vəliyeyvin vəkilləri Şahin Allahverdiyev namizədin tərcümeyi-halı, Məzahir Zeynalov isə IV çağırış parlamentdə Qaradağ rayonunu təmsil edərkən görüyü işlər barədə hesabat xarakterli məlumat veriblər.
Seçici, kənd ağsaqqalı Nemət Abbasov çıxış edərək bildirib ki, A.Vəliyev Yevlax dəmir-beton zavodundan direktor işləyərkən Şəfəq kəndinin xeyli sakinini işlə təmin edib: “Onun namizədliyinin bizim dairədən irəli sürülməsi daha çox həmin insanlar üçün sevindirici oldu”.
Seçicilər arasında olan A.Vəliyevin orta məktəb yoldaşı Leyla Əliyeva onun hələ o vaxt zəhmətkeş olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan xalqı belə bir istedadlı, xeyirxah insanın əməllərini müdafiə edir və ona tutduğu bu uğurlu işdə uğurlar arzulayır.
Kənd sakini İsrail Qorçuyev qeyd edib ki, A.Vəliyevlə uzun müddət bir yerdə işləyib və onun iş fəaliyyəti haqqında çox xoş təəssüratları var: “Onu Zeynalabdin Tağıyevdən sonra Azərbaycanın ikinci xeyriyyəçisi hesab edirəm. Növbədi beşillik fəaliyyətində isə uğurlar arzulayıram. Bütün seçiciləri ona səs verçəyə çağırıram”.
A.Vəliyevin Yeni-yol kəndində də seçiciləri ilə görüşü keçirilib. Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, namizədin vəkillərindən Şahin Allahverdiyev və Məzahir Zeynalov onun tərcümeyi-halı və əmək fəaliyyəti barədə geniş məlumat veriblər.
Deputatlığa namizəd ilə görüşə gələn kənd sakinləri Ağalar Vəliyevi bir layiqli vətəndaş kimi tanıdıqlarını qeyd edərək, seçki günü birmənalı olaraq onu dəstəkləyəcəklərini bildiriblər.
Ağalar Vəliyev IV çağırış MM-in deputatı kimi Qaradağ rayonunda gördüyü işlər barədə seçicilərə geniş məlumat verib və qeyd edib ki, orada apardığı quruculuq və xeyriyəçilik işini seçiləcəyi təqdirdə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin əhatə etdiyi kənd və qəsəbələrdə davam etdirəcək.
Namizədin Goranboyun Xanqərvənd kəndində seçiciləri ilə görüşündə YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, Ağalar Vəliyevin vəkillərindən Şahin Allahverdiyev və Məzahir Zeynalov çıxış edərək, deputatlığa namizədin IV cü çağırış Qaradağ rayonundan deputatlığı dövründə gördüyü işlər barədə və tərcümeyi-halı haqqında seçicilərə geniş məlumat veriblər.
Seçici kənd ağsaqqalı Talıb Bəylərov çıxış edərək bildirdi ki, Xanqərvənd kəndi öz zəhməti, qonaqpərvərliyi və ziyalıları ilə həmişə seçilən kənd olub: “Kəndimiz dövlətimizin rəhbəri cənab Prezident İlham Əliyevi həmişə dəstəkləyir, bu gün də onun sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədi Ağalar Vəliyevə yekdilliklə səs verərək onu müdafiə edəcəyik”.
Kənd sakini Nargilə Hüseynova çıxış edərək qeyd edib ki, YAP üzvləri Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının ətrafında sıx birləşib və kənd seçiciləri onun rəhbərlik etdiyi partiya üzvü olan YAP tərəfindən namizədliyi irəli sürülmüş və uzun müddət öz dövlətinə sadiq qalan, Respublikamızın hər guşəsində öz fəaliyyəti ilə iz qoymuş Ağalar Vəliyevi dəstəkləyəcək və ona səs verəcək.
Seçici Rasim Əliyev çıxışında qeyd edib ki, uzun müddət Yevlax Avtobazasında dispeçr işləyib: “İşlədiyim idarə ilə Ağalar Vəliyevin rəhbərlik etdiyi Yevlax Dəmir-Beton zavodu yaxın olub. Zavodda Goranboy rayonunun Xanqərvənd sakinləri də onun rəhbərliyi altında işləyib və onun xeyirxahlığından ürək dolu danışıb. Ağalar Vəliyevin Yevlax rayonunda gördüyü işlər göz qabağımdadır. Onun eləcə də Qaradağ rayonunda deputatlığı dövründə rayonda apardığı quruculuq işləri, həmçinin rayonumuzda ən böyük layihə olan içməli su sisteminin rayon əhalisinə verilməsindəki xidmətləri danılmazdır. Mən sevinirəm ki, belə bir gözəl insanın bizim rayondan deputatlığa namizədliyi verilib. Əminliklə bildirirəm ki, Ağalar Vəliyevi kənd seçicilərimiz dəstəkləyəcək və ona səs verəcək”.
A.Vəliyev çıxış edərək 4-cü çağırış Qaradağ rayonunda namizədliyi dövründə gördüyü işlər barədə seçicilərə geniş məlumat verib və qeyd edib ki, orda aparılan işlər seçildiyi təqdirdə 97 saylı Goranboy-Ağdam-Tərtər dairəsinin əhatə etdiyi kənd və qəsəbələrdə də davam etdiriləcək.
'