97 saylı Goranboy-Ağdam-Tərtər Seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Vəliyev Ağalar İsrəfil oğlunun Yeni-yol kəndində seçiciləri ilə görüşü keçirildi
.Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, namizədin vəkillərindən Şahin Allahverdiyev və Məzahir Zeynalov onun tərcümeyi-halı və əmək fəaliyyəti barədə geniş məlumat verdilər.
Deputatlığa namizəd ilə görüşə gələn kənd sakinləri Ağalar Vəliyevi bir layiqli vətəndaş kimi tanıdıqlarını qeyd etmiş, seçki günü birmənalı olaraq onu dəstəkləyəcəklərini qeyd etmişlər.
Ağalar Vəliyev IV çağırış MM-in deputatı kimi Qaradağ rayonunda gördüyü işlər barədə seçicilərə geniş məlumat verdi və qeyd etmişdir ki, orada apardığı quruculuq və xeyriyəçilik işini seçiləcəyi təqdirdə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin əhatə etdiyi kənd və qəsəbələrdə davam etdirəcəkdir.