Eldar Quliyev fenomeni: intellekt, təcrübə zəhmət!
Bütün cəmiyyətin diqqəti noyabrın 1-də keçiriləcək parlament seçkilərinə yönəlib. Bu seçkilərin də, əvvəlki seçkilərdə olduğu kimi, azad, demokratik və ədalətli keçiriləcəyi şübhə doğurmur. Səsvermə gününə az müddət qaldıqca, bir çox seçki dairələri üzrə potensial qaliblərin kimliyi də aydınlaşır.Belə seçki dairələrindən biri də 28 saylı Sabunçu üçüncü seçki dairəsidir. Seçicilərin böyük əksəriyyəti artıq bu dairədə öz seçimini müəyyənləşdirib: söhbət hazırda da Milli Məclisin üzvü olan, eyni zamanda parlamentin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyevdir. DOSYE: Əslində onun geniş təqdimata ehtiyacı yoxdur bununla belə, Eldar müəllimin tərcümeyi-halı barədə kiçik bir xatırlatma etməyə ehtiyac duyduq.Eldar Allahyar oğlu Quliyev 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnsitutunu (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir. 1973-1987-ci illərdə respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışmış, 1981-1985-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspirantı kimi elmi-tədqiqat işi ilə məşğul olmuşdur.1993-cü ildən Azərittifaqın İdarə Heyətinin sədri, Azərittifaq Şurasının prezidentidir. Eldar Quliyev iqtisad elmləri doktoru, Azərbaycan Kooperasiya Universitetinin professorudur. İki dərs vəsaitinin, 20-dən artıq monoqrafiya və elmi məqalənin müəllifidir. 01 avqust 2011-ci il tarixdən Azərbaycan Kooperasiya Universitetinin rektorudur.İkinci, Üçüncü və Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Hazırda Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavinidir. 2011-ci ilin yekunlarına əsasən 25 dekabr 2012-ci ildə Türk Dünyası Araşdırmaları Beynalxalq Elmlər Akademiyası tərəfindən "Türk dünyasında ilin millət vəkili" mükafatına layiq görülmüşdür. Türk Dünyası Araşdırmaları Beynalxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmlər Akademiyasının, İtaliya Beynalxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, Roma şəhərinin "Fəxri alimi" adına layiq görülmüşdür. Türk Dünyası Araşdırmaları Beynalxalq Elmlər Akademiyası tərəfindən "Qızıl Ulduz" medalı və "Atatürk Beynalxalq Mükafatı", Birləşmiş Millətlər Təşkilatının Təltif komitəsi tərəfindən "Taclı xidmət" ordeni, Avropa Təbiət Elmləri Akademiyası tərəfindən "Senator Ulduzu" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2011-ci il tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Aşkar favorit Qeyd etdiyimiz kimi, Eldar Quliyevin hazırda namizədi olduğu dairədə qələbəsi şübhə doğurmur. Bunu onun və vəkillərinin seçicilərlə görüşü də təsdiqləyir.Onlar Eldar Quliyevin millət vəkili kimi, əvvəlki illərdəki fəaliyyətini yüksək qiymətləndirir, seçicisi olduqları dairədən onun kimi görkəmli iqtisadçı-alimin, eyni zamanda ali qanunverici orqanın iş prinsiplərinə yaxşı bələd olan nüfuzlu ictimai-siyasi xadimin yenidən parlamentdə təmsil olunmasını arzulayırlar.Seçicilərin Eldar müəllimə yüksək etimadı və dərin rəğbəti noyabrın 1-də keçiriləcək səsvermədə onun rəqiblərinə böyük fərqlə qalib gələcəyinə şübhə yeri qoymur. Belə bir məşhur kəlam var: “İnsanın keçmişdəki xidmətləri, onun gələcəkdəki əməllərinin təminatçısıdır”. Bu mənada Eldar Quliyevin bu günə qədərki zəngin həyat yolunu, gördüyü uğurlu işləri onun bundan sonrakı səmərəli fəaliyyətinin müjdəçisi və təminatçısı hesab edən Sabunçu üçüncü seçki dairəsinin seçicilərinin öz seçimlərini artıq indidən müəyyənləşdirməsinə təəccüblənməmək lazımdır.Eldar müəllimin aşkar favoritliyinin kökündə onun indiyədək daim dövlət və dövlətçilik mövqeyindən çıxış etməsi, Azərbaycanın iqtisadi inkişafına, ölkəmizin qanunverici bazasının zənginləşdirilməsinə çox ciddi töhvələr verməsi, daim sadə vətəndaşların qayğı və problemlərinə həssaslıq göstərməsi, özünü sadə və təvazökar – sıravi insanlardan biri olaraq, aparması dayanır. Üç keyfiyyətin vəhdəti Eldar müəllimi yaxından və yaxşı tanıyanlar, eləcə də onun keçdiyi zəngin həyat yolu barədə bilgi sahibi olanlar yaxşı bilirlər ki, o, özündə aşağıda haqqında ətraflı danışdığımız üç mühüm keyfiyyəti birləşdirir. İntellekt – Eldar Quliyev Azərbaycanda iqtisadiyyat elminin ən yaxşı bilicilərindəndir, bunu dünyanın nüfuzlu elmi mərkəzlərinin onun fəaliyyətinə verdiyi yüksək qiymət təsdiqləyir. Azərbaycan parlamentində belə intellekt sahiblərinin təmsilçiyi onların bağlı olduqları sahələrlə bağlı daha mükəmməl qanunverici bazanın formalaşmasında müstəsna rol oynayır. Təcrübə - Eldar Quliyev yalnız iqtisadçı alim deyil, eyni zamanda öz iqtisadi biliklərini praktikada əyani nümayiş etdirib. “Azərittifaq” rəhbəri, Kooperasiya İnstitutunun rektoru və millət vəkili kimi çoxillik fəaliyyəti Eldar müəllimə böyük təcrübə qazandırıb. Onun bu təcrübəsindən bundan sonra da geniş faydalanmaq ancaq müsbət nəticələr doğura bilər. Zəhmət – Eldar Quliyev çalışmaqdan yorulmur. Üzərinə düşən hər bir vəzifənin yerinə yetirilməsi istiqamətində səylə, böyük əməklə fəaliyyət göstərir. Onu seçicilərinə sevdirən həm də bu çalışqanlığı, zəhmətə bağlılığıdır. Bu üç mühüm keyfiyyəti özündə əyani şəkildə birləşdirən Eldar müəllimin mükafatı isə şübhə yoxdur ki, noyabrın 1-də namizədi olduğu seçki dairəsinin seçicilərininin ona yenidən etimad göstərməsi olacaqdır. Ona ehtiyacımız var! Son vaxtlar dövlət başçısı İlham Əliyev öz çıxışlarında Azərbaycanda qeyri-neft sektorunun inkişafı məsələsini çox qəti şəkildə qoyur və bu istiqamətdə ardıcıl şəkildə ciddi addımların atılması zərurətini qeyd edir.Təsadüfi deyil ki, ölkə başçısı 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etmişdir.Xüsusilə neftin qiymətinin dünya bazarında kəskin aşağı düşdüyü bir şəraitdə ölkəmizdə kənd təsərrüfatının inkişafının əsas prioritet olduğu qaçılmaz reallığa çevrilib. Eldar Quliyev Azərbaycanda aqrar sektorun ən yaxşı bilicilərindən sayılır və hesab edirik ki, respublikada qeyri-neft sektorunun inkişafının bir nömrəli vəzifəyə çevrildiyi indiki dönəmdə onun kimi təcrübəli, səriştəli mütəxəssislərin parlamentdə təmsilçiliyi mühüm əhəmiyyət kəsb edir.Kənd təsərrüfatının sürətli və dayanıqlı inkişafının təmin edilməsində Milli Məclisin ali qanunverici orqan kimi üzərinə böyük missiya düşdüyü bir həqiqətdir və bu missiyanın öhdəsindən layiqincə gəlinməsində məhz Eldar müəllim kimi peşəkarların biliyinə, təcrübəsinə, çalışqanlığına böyük ehtiyac var. Və sonda: Yazının əvvəlində də qeyd etdik ki, Eldar Quliyevin xüsusi təqdimata, onu seçicilərə əlavə olaraq tanıtmağa ehtiyac yoxdur. Yəqin ki, noyabrın 1-də keçiriləcək səsvermə dediklərimizin əyani sübutuna çevriləcək. O, bunu indiyə qədərki fəaliyyəti ilə haqq edib.Eldar müəllim bir neçə ay əvvəl verdiyi müsahibədə demişdir: “Bu gün Azərbaycan böyük sürətlə inkişaf edir, Prezident İlham Əliyevin liderliyi ilə hələ çox ilklərə imza atacağıq.Ümummilli lider Heydər Əliyevin siyası kursunu uğurla davam etdirən İlham Əliyev bütün həyatını öz xalqının inkişafına həsr edib. Torpaqlarımızın işğaldan azad edilməsi İlham Əliyevin əsas hədəfidir.Hesab edirəm ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə daha böyük qələbələr görəcək, belə bayramları Qarabağda edəcək. Bütün bunlar İlham Əliyevin böyük hədəfləridir”. Azərbaycanın həmin hədəflərə çatacağına şübhə yoxdur. 1 noyabr seçkiləri bu istiqamətdə mühüm addımlardan biri olacaqdır. Xalqımızın həmişəki kimi, müdriklik nümayiş etdirib, Azərbaycanın inkişaf, yüksəliş strategiyasının müdafiəçisi olan deputatlığa namizədlərə səs verəcəyinə isə qətiyyən şübhə etmirik.Məhz belə dəyərli, layiqli namizədlərdən biri olan Eldar Quliyevin artıq indidən heç kimdə şübhə doğurmayan qələbəsi isə onun növbəti 5 ildə də dövlətə və dövlətçiliyə sədaqətli və səmərəli xidmətinə “yaşıl işıq” yandıracaqdır.Biz buna bütün varlığımızla inanır və Sabunçu üçüncü seçki dairəsinin bütün seçicilərini də bu inama qoşulmağa səsləyirik! Azər Abdul.