Jirinovski kimdir? “Rus mujiki”, Saltıkov - Şedrinin “qəhrəmanı” - Nəsiman Yaqublunun yazısı

Jirinovski kimdir? “Rus mujiki”, Saltıkov - Şedrinin “qəhrəmanı” - Nəsiman Yaqublunun yazısı

XIX əsr Rusiya ədəbiyyatının çox ünlü simaları vardır- A.Puşkin. L.Tolstoy, F.Dostoyevski, A.Çexov və b. Bu şair və yazıçılar həqiqətən dünya ədəbiyyatında əbədi qalacaq ciddi və öyrəniləsi obrazlar- xarakterlər yaradıblar.Rusiya ədəbiyyatında bir məşhur yazıçı da var- Mixail Yevqrafoviç Saltıkov – Şedrin(1826-1889).Əsasən satira və yumor üslubunda əsərlər yazmış S.Şedrin “rus mujikinin”- rus insanının bizə məlum olmayan çox maraqlı xarakter cəhətlərini də qələmə alıb.Onun yazılarında obrazlarının dili ilə tez-tez “vuraram”, “qıraram”, “dağıdaram”, kimi ifadələrə rast gəlmək mümkündür.
       
Bu gün Rusiya Dövlət Dumasının üzvü, Liberal-Demokrat Partiyasının sədri V.Jirinovski əsil belə tiplərdəndir.Onun davranışı, müsahibələri, çıxışları   S.Şedrin qəhrəmanının prototiplərini xatırladır-yəni müasir Şedrin obrazları.Bunu  hətta Rusiyanın tanınmış xadimləri də təsdiq edir.
 
Diqqət edək. Rusiya televiziyasında Jirinovski ilə verilişdə çıxış edən  məşhur müğənni Alla Puqaçova üzünü ona tutub deyir: “Vladimir Volfoviç, Sizin bu qəribəlikləriniz, qışqırmağınız, təlxəkliyiniz allah tərəfindən verilmiş bir xarakter əlamətidir, yoxsa  özünüz süni şəkildə bu obrazı yaradırsınız?”. V.Jirinovski bu sualdan pərt olur, qızarır və əsil şantaja başlayır-“Sən Xruşovla belə etmisən, Brejnevlə elə etmisən” və.s.
 
Yəni bu insan həqiqət qarşısında şər və böhtan üslubunda cavabları əsas götürür.
       
Məşhur Anatoli Sobçakın qızı Kseniya Sobçak yenə bir verilişdə Jirinovskinin “sərsəmləmələrinə” dözməyib onun üstünə acıqla bir stəkan su atır. Və Jirinovskinin ağzı açılır- “Sən küçə nəyisən..” və s.
     
Bir dəfə Orenburqun Buzluq şəhərinə getmişdim.Rusiya Dumasına seçkilər keçirilirdi.Jirinovskin “adamları” seçicilərə pulsuz pivə paylayıb ona səs verməyə çağırırdılar. Bir qədər kənarda isə bir dəstə onun partiaysının üzvləri toplaşıb qışqırır, təhqiranə sözlər işlədir, səs-küy salırdılar. Yanımızdan keçən bir rus sakini dedi:”Onun adamlarının hamısı belədir, özü kimi”.
     
Və indi maraqlı bir sual çıxır ortalığa, bəs belə bir insana Rusiya Dövlət Dumasında kim yaşıl işıq yandırır? Ona nə dərəcədə Dumada ehtiyac var? Dumanın son 15-20 illik fəaliyyətində Jirinovskinin fəaliyyətinə aid sənədlərə baxsanız, yaxud onun informasiya vasitələrindəki davranışlarını izləsəniz görəcəksiniz ki, bu həqiqətən belədir və onun kimilərə ehtiyac var.Yəni ağıllı adamalrın demədiklərini bu tipli  siyasətçilər vasitəsi ilə dedirtmək və ümumi rəyə təsir etmək.
   
Rusiya Dövlət Duması 1906-cı ildə yaranıb.Və yarandığı vaxtdan az sonra fəaliyyətini dayandırıb.Sonra ikinci, üçüncü Duma yaradılıb.Yəni Avropadan fərqli olaraq Rusiya cəmiyyəti qanunçuluğa və demokratik idarəçilyə çox gec başlayıb.Təəssüflər ki. Rusiyada bu günün özündə belə hələ də XIX əsrdən qalma qanunlar mövcuddur.Və belə mühitdən əlbəttə ki, “Jirinovskilər” yetişəcək.(Avropada ilk parlamentlər XIII əsrdən fəaliyyətdədir).
   
 Bu ilin sentyabr ayında Rusiya Dövlət Dumasına seçkilər olacaq və təəccüblü də olmayacaq ki, orad biz yenə təyin edilmiş Jirinovskini görəcəyik.Görünür Rusiyanın dövlət rəsmlərinin, Rusiya ictimaiyyətinin özünün belə “Jirinovskilərə” hələ ehtiyacı var.

 






Fikirlər