İsfəndiyar Vahabzadə danışdı: “Necə olur o “qoyun” deyəndə təhqir sayılmır, mən “donuz deyəndə...””

İsfəndiyar Vahabzadə danışdı: “Necə olur o “qoyun” deyəndə təhqir sayılmır, mən “donuz deyəndə...””

Keçmiş diplomat İsfəndiyar Vahabzadə bildirib ki, Rusiya Dövlət Dumasının deputatı və Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə ünvanına söylədiyi fikirlərdən təəssüflənmir.

O, "Osmanqızı" İnternet-kanalına müsahibəsində xatırladıb ki, Jirinovski dəfələrlə Azərbaycan xalqına qarşı təhqiramiz fikirlər səsləndirib. Vahabzadə Jirinovskinin indiyədək adekvat cavab almamasından təəssüfləndiyini bildirib.

"Vaxtilə deyib ki, Azərbaycanda 8 milyon qoyun yaşayır. Sonra deyirdi ki, onların sayı 9 milyona çatdı. Necə olur, o, azərbaycanlıları qoyun adlandıranda təhqir sayılmır, mən "donuz" deyəndə təhqir sayılır ", - Vahabzadə bildirib.

O, Jirinovskinin bəyanatına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin notasını "zəif" adlandırıb. Bu, hətta etiraz notası da deyildi. "Kimsə Azərbaycanın və onun rəhbərliyinin ünvanına təhqirlərə cavab verməliydi ", - Vahabzadə deyib. 






Fikirlər