“Ermənilərin və Rusiyanın bəzi dairələrinin Qarabağda sıxışdırılması prosesini davamlı şəkildə aparmalıyıq...”

“Ermənilərin və Rusiyanın bəzi dairələrinin Qarabağda sıxışdırılması prosesini davamlı şəkildə aparmalıyıq...”

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçına səfəri onu göstərdi ki, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan hökumətinin apardığı konkret işlər var”
 
Bunu Moderator.az-a açıqlamasında professor Qulu Məhərrəmli deyib. Q.Məhərrəmli deyib ki, bu gün hamımız öz gücümüzü, diqqətimizi Qarabağa yönəltməliyik:
 
“Cəmiyyət arasında yayılmış şaiyələrə, müxtəlif iddialara baxmayaraq orda çox ciddi iş gedir. Dövlət başçısını Kəlbəcərdə “İstisu”da mineral su qaynaqlarında, Laçında, tunelin təməlqoyma mərasimində görmək əlbətt ki, xoşdur. Bu o deməkdir ki, bizlər hamımız gücümüzü, diqqətimizi ona yönəltməliyik ki, Qarabağa sözün həqiqi mənasında tam sahib olaq. Çünki bu tədbirlər, tikinti, quruculuq işləri, bizdə öz torpağına sahiblik hissini ifadə etmək olmasa, Azərbaycanı gözü götürməyənlər bundan tamam yanlış nəticələr çıxara bilərlər. Ona görə bu gün o ərazilərdə çox ciddi proseslər, quruculuq işləri gedir. Biz buna yalnız sevinə və dövlətin gücü, Azərbaycan hökumətinin gücü kimi baxa bilirik. Hesab edirəm ki, yavaş-yavaş bu tədbirlərlə, bu addımlarla ermənilərin və onları himayə edən Rusiyanın bəzi dairələrinin Qarabağda sıxışdırılması prosesini davamlı şəkildə aparmalıyıq”.






Fikirlər