“BÖYÜK QEYRİ - MÜƏYYƏNLİKLƏ ÜZ-ÜZƏYİK...” - Koçaryan Qarabağda qalan ermənilərə yalvarır
Qondarma rejimin qeyd etdiyi “müstəqillik günü” ilə bağlı Ermənistanın sabiq prezidentləri, hərbi canilər- – Robert Koçaryan və Serj Sarqsyan Qarabağda yaşayan ermənilərə müraciət ünvanlayıblar. “AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, yenə erməni xalqının “qəhrəmanlığından”, “müstəqillik savaşından” və s. dəm vuran hərbi canilər 44 günlük müharibədəki məğlubiyyətə görə hazırkı hökuməti ittiham ediblər. Sarqsyan deyib ki, Ermənistan bu müharibədə qalib gələ bilərdi(?), lakin hakimiyyətin fərasətsizliyi, bacarıqsızlığı və erməni milli maraqlarını satması onları acı məğlubiyyətlə üz-üzə qoydu. Koçaryan isə Qarabağ ermənilərinə müraciət edərək, onları yaşadıqları yerləri tərk etməməyə çağırıb: “44 günlük müharibədə “artsax”(Qarabağ-red.) olduqca ağır itkilər verdi və hazırda böyük qeyri-müəyyənliklə üz-üzə qalıb. Onun “dövlətçiliyinin” saxlanmasının yeganə yolu sizin öz torpaqlarınızda yaşamaq iradənizdir...” Göründüyü kimi, əli günahsız azərbaycanlıların, eləcə də öz xalqının qanına batan Koçaryan hələ də Qarabağda qalam ermənilərə yaşadıqları əraziləri tərk etməmək üçün az qala yalvarır. Hər zaman Moskvanın qulbeçəsi olan bu cani yaxşı anlayır ki, regionda gərginlik ocağının saxlanması və rus “sülhməramlıları”nın orada qalması üçün ermənilərin Qarabğdakı əraziləri tərk etməməsi həyati əhəmiyyət kəsb edir. Lakin nədənsə erməniləri hər cür əziyyətə, həyati təhlükəyə, yoxsulluğa, rus köləliyinə qatlanmaq bahasına da olsa Qarabağdan çıxmamağa çağıran Koçaryanın həm özü, həm də yaxın qohum-əqrəbası “Qarabağ klanı”na aid olmalarına baxmayaraq, orada yaşamaqdansa İrəvanda kef çəkməyi üstün tutublar.