"KƏLBƏCƏRƏ QAYIDIŞ" İctimai Birliyi Ali Baş Komandana MÜRACİƏT etdi: dövlət qurumlarının biganəliyi...

Tərtər olayları ilə bağlı "Kəlbəcərə Qayıdış" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarına MÜRACİƏT etdi. 

"AzerTaym.az" Birliyin mətbuat xidmətinə istinadən müraciəti təqdim edir; 

"Cənab Ali baş Komandan, ikinci Vətən müharibəsində sizin rəhbərliyiniz altında öz dogma xalqı ilə bir yumruq kimi birləşərək işğal altında olan ərazilərimizi mənfur düşmənlərdən 44 günlük döyüş müddətinə işgaldan azad etmiş rəşadətli Ordumuza qarşı Tərtər xəyanəti adı altında soyqırımı, terror aktı törədilmiş, amansız  qətliam, cinayət Azərbaycan xalqının və eləcə də onun bir parçası olan Kəlbəcər ictimaiyyətinin çox böyük hiddətinə səbəb olmuş və böyük etirazlar dogurmuşdur. Uzun müddətdir Azərbaycan mətbuatında müzakirə olunan bu qanlı cinayətə aidiyyatı dövlət qurumlarının biganəliyi bizi məcbur etdi ki, Azərbaycan xalqına, onun ordusuna, dövlətinə və dövlətçiliyinə qarşı törədilmiş bu amansız, acımasız soyqırımı ilə bağlı Sizə müraciət ünvanlayaq. Sizə mürciət edərək, əmin olmaq istəyirik ki, Azərbaycan ordusunun igid, cəsur zabit və əsgərlərinə bu amansız qətliamı, cinayəti törətmiş cinayətkarlar öz layiqli cəzalarını alacaqlar." 


 

   

 






Fikirlər