SAAKAŞVİLİ GÜRCÜSTANA QAYIDIB? - Gürcüstan DİN-dən açıqlama + VİDEO (Yenilənib)
Sabiq Prezident Mixeil Saakaşvili Gürcüstan sərhədini keçməyib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib. *** “Sabahın xeyir Gürcüstan. Səkkiz ildən sonra artıq Gürcüstandayam”. “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili feysbuk səhifəsində yazıb. Qeyd edək ki, sabiq dövlət başçısının oktyabrın 2-də Gürcüstana gedəcəyi gözlənilirdi. O, həmin tarixə Tbilisiyə bilet almışdı. Biraz əvvəl yayımladığı videoda isə Batumidə olduğunu bildirib. Eks-prezident feysbuk səhifəsində Gürcüstanda olduğunu təsdiq edən video da paylaşıb. Videoda Batumi şəhəri əks olunub. “Bu, mənim Batumimdir... Həyatımla risk edib buraya gəldim”, - o yazıb. M.Saakaşvili hamını sabah keçiriləcək yerli seçkilərdə iştiraka, oktyabrın 3-də isə mitinqə çağırıb.