“Onu cinsi azlıqların “barak”ı və acı günlər gözləyir“ - Sərdar Cəlaloğlu

“Onu cinsi azlıqların “barak”ı və acı günlər gözləyir“ - Sərdar Cəlaloğlu

“11 yaşlı qıza təcavüz edən şəxsin şəklinə baxdım, normal adama oxşamır. Çox güman ki, cinsi azlığın nümayəndələrindədir. Artıq həbs həyatı başlayıb, onu ağrılı, acılı günlər gözləyir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında məhbus həyatı yaşamış Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu söyləyib. 

O, həbsdə olarkən “türmə qanunları” ilə yaşamadığını qeyd edib:

“Mən həbsxanada olmuşam, lakin həbsxana qanunları ilə yaşamamışam. Bu səbəbdən 11 yaşlı qıza zorakılıq edən Qurban Rəcəbovun başına nə işlər gələcəyini tam deyə bilmərəm.

Həbsxanada bizim kimi türmə qanunlarından uzaq adamlara “mujik” deyirlər, yəni həbsxana həyatının qaydalarına tabe olmayanlar. Özünü oğru sayan peşəkar canilər bilir ki, həbsdə həmin insanlara həbsxanada münasibət necə olur.”.

Sərdar Cəlaloğlunun sözlərinə görə, “türmə qanunları” ilə kitablardan tanışdır:

“Həbsxanalar və “qanunları” haqqında müxtəlif kitablar var. Mən həmin kitabları oxumuşam bu səbəbdən bir az məlumatım var. Türmədə seksual cinayətlər törədən şəxslər üçün xüsusi cəza tədbirləri olur. Həbsə düşdükdən sonra kim həbsxana qanunu ilə yaşamaq istəyirsə, onun üçün xüsusi məhkəmə keçirib hökm çıxarırlar. Türmədə bu cür məhbuslar ən aşağı işlər görməyə məcbur edilir, onları “sındırır”, fiziki zorakılıq tətbiq edirlər.

Həbsxanada üzdəniraq, alçaldılmış, cinsi azlığın nümayəndələri digər məhbuslardan ayrı saxlanılır. Cinsi azlıqların xüsusi “barak”ları var. Digər məhbusların qapısı həmişə bağlı olsa da, bu birilərin qapıları açıq qalır. Onlar həbsxananın ən pis işlərini görürlər. Tualet, hamam təmizləyirlər, bəzi məhbuslara pul qarşılığında seksual xidmət göstərirlər. Belələrinə heç kim əl verib görüşmür. Lakin bütün bunlar həbsxana həyatını qəbul edənlərə aid olur”.

S.Cəlaloğlu 11 yaşlı qıza təcavüz edən şəxsin türmədəki həyatının asan keçməyəcəyini vurğulayıb:

“Mən o adamın şəklinə baxdım, normal adama oxşamır. Çox güman ki, cinsi azlığın nümayəndələrindədir. Həmin şəxs üçün türmə həyatı göydəndüşmə olacaq. Türmədə ona özünə uyğun  hərəkətlər edəcəklər. Onun kimilər o qədər pozğun olur ki, özləri qəsdən azyaşlı qızlara təcavüz edib türməyə düşürlər. Amma həmin pedofilin türmə həyatı asan keçməyəcək, onu ağrılı, acılı günlər gözləyir. Qısasaı qatacaqlar cinsi azlıqların “barak”ına...”






Fikirlər