Əli Həsənovu KİMlər QORUYUR?

Əli Həsənovun fəaliyyəti Dövlətimizə və elə hakimiyyətin özünə də düşmənçilikdir' – Aslan İsmayılov | Hokm.Az

Rusiyanın Azərbaycanda əvvəlki gücünün olmaması artıq hamıya bəllidir. Əgər belə olmasaydı Ramiz Mehdiyevin üstünə bu qədər gedən olmazdı. Mənə aydın olmayan odur ki, Azərbaycan Xalqına, Dövlətinə düşmən olan, yüz milyonları mənimsəyən, Azərbaycan ictimai, siyasi həyatına tərbiyəsizlik, əxlaqsızlıq gətirən Əli Həsənovu bu gün kimlər qoruyur?!” 

 AzerTaym.az bildirir ki, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

“Bu gün Ə.Həsənov qorunmasa, sadəcə onun tapşırıqlarını yerinə yetirən Vüqar Səfərli uzun müddətli həbsdə, o isə azadlıqda olmazdı. Axı onun cinayətləri elə V.Səfərlinin və onlarla digər şahidlərin məhkəmədə verdikləri ifadələrlə də sübuta yetirilib. Necə olur ki, min manat mənimsəmişlər barədə bəyanatlar verilir, yüz milyonları mənimsəmiş Əli Həsənovun oğlu Şamxalın adı Dubayda, ABŞ-da böyük bizneslərdə hallanır. Bu artıq qanunsuzluq yox, xalqa, dövlətə açıq hörmətsizlikdir” – A.İsmayılov qeyd edib.

 

 

 

 

 

 






Fikirlər