1991-ci ildən Azərbaycan Respublikasının işğal altındakı ərazilərində qondarılmış separatçı-terrorçu rejimin Milli Ordumuzun 44 günlük müzəffər savaşından sonra Rusiya tərəfindən xilas edilmiş tör-töküntülərinin başçısı Araik Arutyunyan dünən – aprelin 12-də Xankəndi şəhərindən Tərtər rayonunun işğal altında qalan Ağdərə şəhərinə gəlib.
Moderator.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, A.Arutyunyan separatçıların “Mardakert” adlandırdıqları “rayon”un qanunsuz “rəhbərliyi” ilə yığıncaq keçirib.
Baş separatçı çıxışında Xocalı rayonunun Fərux kəndi ətrafındakı vəziyyətə toxunaraq qeyd edib ki, guya Azərbaycan tərəfinin geri çəkilməsi ilə bağlı Rusiya "sülhməramlı" komandanlığı ilə danışıqlar davam edir.
Xunta başçısı bildirib ki, Rusiya sülhməramlı qoşunlarının təminatları və fəaliyyətləri ilə paralel olaraq separatçı "hökumət" "özünün təhlükəsizlik mexanizmlərinin və mülki müdafiə sisteminin təmin edilməsinin səmərəliliyinin yüksəldilməsi" istiqamətində işləri davam etdirəcək.
O, Yuxarı Qarabağ iqtisadi rayonu ərazisində müvəqqəti yerləşdirilmiş rus hərbiçilərinin sayının və hərbi texnikasının sayının artırılmağı olduğunu da vurğulayıb.
Görüşdən sonra Arayik "rayon"un keşişi Ovanes Ovanesyanın müşayiəti ilə Ağdərədəki kilsəni ziyarət edib və orada bu günlərdə bütün şəhərlərdə qılınan birgə ibadətdə iştirak edib...
Sultan Laçın
Fikirlər