Müsavatçı müşahidəçilər partiyalarını ifşa etdilər – SƏS YAZISI
Bu barədə məlumatı AzNews.az-a Binəqədi Üçüncü Seçki Dairəsinin 7 və 8 saylı seçki məntəqələrindən veriblər. Bildirilib ki, hər iki məntəqədə müşahidə aparan Müsavat Partiyasının müşahidəçiləri - Əzizov Əliş Təyyar oğlu və Hacıyev Sabit Ziyəddin oğlu heç bir qanun pozuntusunun baş vermədiyini bildirdiyi halda partiyanın yaydığı bəyanatda onların dedikləri tam əksinə verilib: “Əslində partiyanın müşahidəçiləri mərkəzi qərargaha seçkilərin normal keçdiyi ilə bağlı məlumat veriblər. Müsavat Partiyasının “bu məntəqələrdə həyata keçirilən “karusel” metodu nəticəsində seçicilərin aktivliyinin artırılmasına nail olmağa çalışması” barədə xəbəri bu partiyanın öz müşahidəçilərinin də təəccübünə səbəb olub”. Buna görə də həmin sözügedən müşahidəçilər partiya qərargahıyla əlaqə saxlayaraq onların adlarından yalan məlumatlar yayılmasına etirazlarını bildiriblər.
AzNews.az müsavatçılar arasındakı telefon danışığının səsini əldə edib. Həmin danışığın səs yazısını təqdim edirik: