Rus ordusunda “zəlzələ”: İki general qovuldu, Gerasimov isə...
Rusiya son həftələrdə Ukraynaya müdaxilənin ilkin mərhələlərində zəif çıxış etdiyi güman edilən yüksək vəzifəli hərbçiləri işdən çıxarır. Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Rusiyanın elit I Qvardiya Tank Ordusuna komandanlıq edən general-leytenant Sergey Kisel Xarkovu ələ keçirə bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb. Bundan başqa, “Moskva” kreyserinin batmasından sonra Rusiyanın Qara dəniz donanmasına komandanlıq edən vitse-admiral İqor Osipovun da fəaliyyətinin dayandırıldığı bildirilib. “Çox güman ki, Rusiyanın baş qərargah rəisi Valeri Gerasimov vəzifəsində qalacaq. Amma onun Prezident Putinin etimadını nə qədər qoruyub-saxlayacağı bəlli deyil”, - məlumatda deyilib. Rusiya rəhbərliyinin bu addımının rus ordusunun döyüş meydanındakı üstünlüyü bərpa etməsini çətinləşdirəcəyi vurğulanıb.