ŞOK: Krım körpüsünü ermənilər partladıb – HƏBS olunanlar var ...

ŞOK: Krım körpüsünü ermənilər partladıb – Həbs olunanlar var

Oktyabrın 8-də Krım körpüsündə baş verən partlayışla əlaqədar həbs edilən şəxslərin adları açıqlanıb.

 

Partlayıcı ilə dolu yük maşınını qəbul edib, göndərməkdə şübhəli bilinən şəxslər “Agro Business” şirkətinin əslən Ermənistanın Armavir rayonundan olan təsisçiləri - Samvel Azatyan, onun oğulları Georgi Azatyan və Artem Azatyan, həmçinin həmin şirkətdə fəhlə işləyən Yuri Postnikov artıq həbs ediliblər.

Vorovskogo küçəsində yerləşən şirkətin soya emalıyla məşğul olduğu, MMC-nin Georgi Azatyan və onun atası Samvelə məxsus olduğu vurğulanır. Ailənin kiçik oğlu Artyom isə hüquqşünasdır. O, məlum hadisədən bir neçə gün öncə atasına zəng edərək, ondan dostuna məxsus yükü daşımağı xahiş edib.

Georgi Azatyanın sözlərinə görə, atası bu barədə ona məlumat verməyib və o, yük maşını anbara daxil olarkən, bundan xəbərdar olub

“Mahir Yusubovun idarə etdiyi yük maşını anbara daxil olarkən, hadisədən xəbərdar oldum. Əvvəlcədən aramızda heç bir şəxsi tanışlıq olmayıb. Yük maşınında heç bir yoxlama aparılmayıb. Sadəcə yük maşınının dövlət nömrə nişanına baxdıq”- deyə, Georgi bildirib.

Georginin iştirakı ilə yükləməni şirkətdə çalışan Yuri Postnikov mexaniki yükləyicidən istifadə edərək həyata keçirib.

Artıq oktyabrın 8-də Rusiya xüsusi xidmət orqanları anbara baxış keçirib və təqsirləndirilən şəxslər dindirilib. Yurinin əlcəkləri və işçilərin telefonları müsadirə edilib. Oktyabrın 9-da istintaq araşdırması çərçivəsində şirkətdə çalışanların hamısı Simferopola aparılıb. Artyom Azatyanından orada saxlanıldığı bildirilir.

Xatırladaq ki, oktyabrın 8-də Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər həlak olub, körpünün bir hissəsi uçub. Rusiya tərəfi bu hadisəni Ukrayna xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən terror aktı adlandırıb.

Azpolitika.info






Fikirlər