Məşhur yazıçı Fukuyama AZTV-nin Rusiya əleyhinə verilişini paylaşdı –FOTO

Yapon əsilli məşhur yazıçı və siyasi iqtisadçı Frensiz Fukuyama AZTV-nin ötən həftə efirə getmiş proqramını paylaşıb.

Azpost.info bildirir ki, sözügedən proqramda Rusiyanın dövlət telekanallarında Azərbaycana qarşı aparılan qərəzli informasiya təxribatı kəskin tənqid edilib. Aparıcı rəsmi dövlət telekanalının efirindən ilk dəfə olaraq Rusiyanı işğalçı adlandırıb və Ukrayna müharibəsində Moskvanı ittiham edib.

Fukuyama paylaşımında “Bu nəsə başqa şeydir” (This is something) yazıb.

Hazırda Stanford Universitetində Freeman Spogli Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi olan Fukuyama 1992-ci ildə yazdığı “Dünyanın sonu və Son insan” əsəri ilə məşhurluq qazanıb. Burada o, liberal demokratiyanın bütün dünyada yayılmasının bəşəriyyətin sosial-mədəni təkamülünün son nöqtəsinə olacağını və insan hakimiyyətinin son formasına çevrilə biləcəyini elan edib.

fukuyama-768x512.jpg (35 KB)






Fikirlər