"VƏZİYYƏT 44 GÜNLÜK MÜHARİBƏ ƏRƏFƏSİNİ XATIRLADIR..." - "Hərbi qarşıdurma ola bilər..."
"Turan" İnformasiya Agentliyinin direktoru, tanlnmış analitik Mehman Əliyev Azərbaycan-Ermənistan arasında Qərbin vasitəçiliyi ilə gedən danışıqlarla bağlı son durumu təhlil edib. "AzPolitika.info" M.Əliyevin agentliyin saytında dərc olunan məqaləsini təqdim edir: "Azərbaycan Qarabağda azərbaycanlılar üçün müqəddəs olan Şuşa şəhərinin azad edilməsinin və Ermənistanın keçmişdə işğal etdiyi rayonların azad edilməsi uğrunda müharibədə qələbənin ikinci ildönümünü qeyd edərkən iki düşmən Cənubi Qafqaz ölkəsinin xarici işlər nazirləri çoxillik Brüssel-Moskva-Vaşinqton estafeti çərçivəsində Vaşinqtonda sülh danışıqlarını davam etdirirdilər. Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə qapalı qapılar arxasında aparılan danışıqların nəticələrinə görə dərc edilmiş Dövlət Departamentinin press-relizi Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın 6 oktyabr Praqa görüşünün yekunlarına dair yekun bəyannamədə elan edilmiş qısa zamanda dinc nizamlanmaya olan ümidi azaldıb. Praqada Ermənistan, Azərbaycan kimi, keçmiş sovet respublikalarının onların sərhədləri daxilində müstəqilliyinin tanınması haqqında BMT qətnaməsinin və 1991-ci ilin dekabr ayında SSRİ-nin yaradılması haqqında müqavilənin ləğvi və yeni müstəqil dövlətlərin ərazi bütövlüyünün o dövrdə mövcud olan inzibati sərhədlər çərçivəsində tanınması barədə Alma-Ata sazişinin ruhuna riayət etməyə razı olmuşdu. Vaşiontonda mətbuat üçün açıqlanan bəyanatda ehtiyatla, diplomatik dillə “nazirlərin mümkün sülh müqaviləsinin elementləri haqqında fikir mübadiləsi apardıqları, hələ həllini tələb edən bir sıra məsələlərin qaldığını qeyd etdikləri” vurğulanır. “Hələ həllini tələb edən bir sıra məsələlər qalıb” ifadəsi ilə çərçivələnmiş mümkün termini o deməkdir ki, danışıqlar prosesi çıxılmaz nöqtəyə doğru gedir. Azərbaycan və Ermənistan növbəti fikir ayrılıqları mərhələsinə keçib, Bakı mümkün qədər tez böyük sülh sazişini imzalamağa və bununla da mövcud status-kvonu təsbit etməyə can atır, İrəvan isə Azərbaycanın ərazi bütövlüyünün tanınmasını gecikdirməyə çalışır, bu da, mahiyyətcə Qarabağın ermənilər məskunlaşan hissəsinin Azərbaycanın tərkibində tanınması demək ola bilər. Bu isə ermənilərin Qarabağ uğrunda 35 illik siyasi-hərbi mübarizəsinin tam fiaskosu demək olacaq. Vaşinqton danışıqlarından bir həftə əvvəl – Paşinyan və Əliyevin Soçidə Putinin iqamətgahında görüşü ərəfəsində İrəvan çoxəsrlik süzereninin dəstəyinə arxalanaraq, Rusiyanın Qarabağda hərbi iştirakını qalan və 10 noyabr 2020-ci il tarixli bəyanatda nəzərdə tutulan qalan 3 ilin yerinə 20 il davam etdirmək təklifi ilə müraciət edib. Xankəndində isə ermənilər mitinq keçirərək, Rusiyanı Cənubi Qafqaz regionunun keçmiş vassal asılılığını bərpa etməyə dəvət ediblər. Kreml ermənilərin bəxşişlərinə məhəl qoymayıb. Vaşinqton görüşünün yekunları Azərbaycan və öz dəyişməz siyasətinin qurbanı olan Ermənistan arasında münaqişənin nizamlanması üçün yaxşı heç nə vəd etmir. O, ciddi fikir ayrılıqlarının, xüsusən Ukrayna ilə bağlı fikir ayrılıqlarının olmasına baxmayaraq, 10 noyabr 2020-ci il tarixli Bəyannamədə razılaşdırılmış sülhə nail olma şərtlərinə vahid baxış nümayiş etdirən Qərbin və Rusiyanın keçmiş dəstəyini itirdiyinə baxmayaraq, eyni davranış xəttini davam etdirir. Aparıcı beynəlxalq vasitəçilərdən Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün kart-blanş əldə edən Əliyev Şuşada bildirib ki, Ermənistanda müharibənin yekunları ilə barışmaq istəməyən revanşist qüvvələr baş qaldırır. O, Ermənistanı 10 noyabr 2020-ci il tarixli razılaşmaları sonuna qədər yerinə yetirməməkdə, silahlı qüvvələrini Qarabağdan tam çıxarmamaqda, Zəngəzur dəhlizini açmamaqda ittiham edib. Onun “Səbrimiz sonsuz deyil və mən bir daha xəbərdarlıq etmək istəyirəm ki, bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımları atacaq” sözləri 44 günlük müharibə ərəfəsində, eləcə də 2021-2022-ci illərdə Ermənistanın sülhə məcbur edilməsi üzrə lokal hərbi əməliyyatların həyata keçirilməsindən əvvəl səsləndirdiyi əvvəlki bəyanatları xatırladır. Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanın noyabrın sonlarına qədər keçirilməsi nəzərdə tutulan növbəti görüşü yekun sülh müqaviləsinin mətnini formalaşdıracaq. Bunun üçün Ermənistan cəmiyyətindən heç bir siqnal yoxdur. Bu isə növbəti hərbi qarşıdurmaya səbəb ola bilər".