Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
Bakı hava limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilən Gültəkin Hacıbəyli Nəsimi Rayon Məhkəməsinə gətirilib. Onun ifadəsi alınaraq sərbəst buraxılıb,bu barədə APA məlumat yayıb.
***09:46
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bu gecə ölkəyə qayıdarkən hava limanında saxlanılıb.
"AzerTaym.az" sosial şəbəkələrdə yayılan məlumatlara istinadən xəbər verir ki, o, Nəsimi Rayon Polis İdarəsinə aparılıb.
Məlumata görə, G.Hacıbəyli ölkədə olmadığı müddətdə, 27 oktyabrda ona qarşı Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cinayət işi qaldırılıb.