"F-16"ların Azərbaycana gəlişinin pərdəarxası: Gözəgörünməz böyük siyasət (TƏHLİL)

Xəbər verdiyimiz kimi, Türkiyənin Hərbi Hava Qüvvələrinin "F-16” qırıcı təyyarələri Azərbaycanda keçirilən Türkiyə-Azərbaycan birgə təlimlərində iştirak edib. Adıçəkilən təlimlər dünya mediasının əsas xəbər başlıqları arasında yer alıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edib. İran bu təlimlərə gözlənildiyi kimi sərt reaksiya verib.
Xatırladaq ki, 44 günlük savaş dövründə Prezident İlham Əliyev xalqa müraciətində Azərbaycanda olan Türkiyənin "F-16” qırıcıları ilə bağlı növbəti dəfə açıqlama verməklə yetinməyib, həm də böyük maraqla qarşılanan mesaj verib: "Mənə sual verilir ki, Türkiyənin "F-16"sı nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam, gedin açın da, peykiniz var da, görmürsünüz neynəyir? Gedin baxın da, "F-16” nə edir: havadadır, ya yerdədir? Hər kəs bilir ki, yerdədir və təlimlər üçün gəlib. Müharibə başlayandan qalıb. Türkiyə, qardaşlarımız onu mənəvi dəstək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, onlar "F-16"ları görəcəklər”.
Bu baxımdan, dünən keçirilən təlimləri, İranın cənub-qərb sərhədimizdə keçirdiyi hərbi təlimləri və SEPAH komandirlərinin bəyanatlarına cavab kimi dəyərləndirmək mümkündür.
Rəsmi Bakı bu təhdidlərə qarşı açıq mətnlə bildirdi ki, "siz müdaxilə etsəniz, Türkiyə də müdaxilə edəcək”. Bu baxımdan "Qardaş yumruğu” təlimləri Tehrana birbaşa cavabdır.  
Xatırladaq ki, Tehranın Bakını təhdid etməsi yenilik deyil. İranın Xəzərdəki provokasiyalarına cavab olaraq, Türkiyənin "F-5” döyüş təyyarələri 2001-ci ilin avqustunda Azərbaycana gəlib, Xəzər və Bakı üzərində uçuşlar keçirmişdi. Bu manevrlərdən sonra İran geri çəkilməyə məcbur olmuşdu.
Ad - 00:37
Prezident Əliyev son çıxışında da bildirdi ki, Bakı və Ankara bütün addımlarını razılaşdırır. Əslində, Şuşa Bəyannaməsi ilə Azərbaycanın Türkiyənin qoruması altında olduğu bəlli olur. NATO-nun ikinci ən qüdrətli ordusuna sahib olan Türkiyəyə qarşı isə duruş gətirmək İran üçün elə də asan məsələ deyil.
Ankara və Vaşinqton münasibətlərindəki gərginliklərə baxmayaraq, aydın məsələdir ki, Türkiyənin olduğu yerdə NATO da olacaq və Tehran rejimi Bakını təhdid etməklə Ankara və NATO-nu da təhdid etmiş olur.  
Araşdırmaçıları belə bir sual düşündürür: Türkiyə - İran savaşı başlaya bilərmi? Ankara bölgədə barışın tərəfdarıdır. Lakin İran strateqləri anlayırlar ki, Birləşmiş Ştatlar İrana qarşı birbaşa savaş açmayacaq və ehtimal ki, belə bir müharibə olarsa, Vaşinqton müharibəni məhz müsəlman dövlətlərinin əli ilə aparmağa çalışacaq. ABŞ İranla birbaşa müharibə etmək niyyətində deyil. Əslində, İrana qarşı savaş Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası ilə aparılmalı idi. Məsələ ondadır ki, regionun qaynar qazana çevrilməsi ABŞ üçün əhəmiyyət daşımır. Elə bundan sonra da ABŞ İrana qarşı müttəfiqlərini daha da səfərbər etməyə və "İran məsələsi”ni qısa zamanda bitirməyə çalışa bilər.
 
Belə bir zamanda Tehranın Ankara ilə savaşa girməsi intihara bərabər olardı. Türkiyə ilə savaşa girəcəyi təqdirdə İranın zəifləyəcəyi qaçılmazdır və şübhəsiz ki, Ankara da "İran adlı qənimət”dən öz payını istəyəcək. Məsələ ondadır ki, İrana sahib olmaq Orta Şərq, Cənubi-Qərbi Asiya, Cənubi Asiya, Cənubi Qafqaz, Orta Asiya, Fars körfəzi, Ərəb dənizi, Xəzər dənizinə çıxış əldə etmək deməkdir. Belə gedişat şübhəsiz ki, Rusiyanın da maraqlarına cavab vermir. 
İran siyasi elitası anlayır ki, ABŞ hərbi bazaları hazırda faktiki olaraq İranı dörd tərəfdən mühasirəyə alıb. Körfəz ölkələrində ABŞ-ın 5-ci hərbi dəniz bazası yerləşir. Bundan başqa, Küveyt, İraq, Əfqanıstan, Pakistan və Türkiyə ərazisində leqal ABŞ hərbi bazaları var. Bunların yanında bir də gizli hərbi bazalar, kəşfiyyat mərkəzləri mövcuddur ki, bütün bunlar ehtimal olunan savaş zamanı böyük güc deməkdir. İran bu qədər gücə qarşı çıxmağa qadirdirmi? Ritorik sualdır…
Azər RəşidoğluXəbər verdiyimiz kimi, Türkiyənin Hərbi Hava Qüvvələrinin "F-16” qırıcı təyyarələri Azərbaycanda keçirilən Türkiyə-Azərbaycan birgə təlimlərində iştirak edib. Adıçəkilən təlimlər dünya mediasının əsas xəbər başlıqları arasında yer alıb.

Azər Rəşidoğlu

Fikirlər