Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı ...
Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev həbsdə aclıq aksiyasını dayandırıb. Bu gün B.Hacıyevlə aparılan profilaktik söhbətdən sonra o, aclıq aksiyasını dayandırmağa razılaşıb və normal qida qəbuluna başlayıb. Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib. B.Hacıyevin vəkili Aqil Layic isə bu barədə məlumata sahib olmadığını, xəbəri sabah dəqiqləşdirə biləcəyini qeyd edib. Bəxtiyar Hacıyev 3 gündür aclıq aksiyasına başladığı bildirilirdi. Qeyd edək ki, B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Onun barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.