“ELDAR MAHMUDOVUN ƏLEYHİNƏ İFADƏ VERMƏMİŞƏM…” – Cahangir Hacıyev
“Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əleyhinə ifadə verməsi barəsində yayılan məlumatların heç bir əsası yoxdur”. “Cinayət işi Beynəlxalq Bank və qaytarılmayan kreditlərlə bağlıdır. Cinayət işi üzrə istintaq hərəkətləri çox ləng aparılır və onun Eldar Mahmudova qarşı ifadə verməsi yalandır. Belə bir ifadə olmayıb”. Qeyd edək ki, dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham edilir. Bu arada, Cahangir Hacıyevin Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı şikayəti əsasında keçiriləcək məhkəmə prosesinin vaxtı məlum olub. Qeyd edək ki, dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Müdafiə tərəfi bildirib ki, C. Hacıyev indiyə kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Qanunvericiliyə əsasən barəsində həbs-qətimkan tədbiri seçilmiş şəxs 24 saat ərzində istintaq təcridxanasına etap edilməli idi.
Bunu APA-ya açıqlamasında C. Hacıyevin vəkili Aqil Layıcov deyib. O bildirib ki, C. Hacıyevin barəsində olan cinayət işi yalnız kreditlərlə bağlıdır:
C. Hacıyevin vəkili Aqil Layıcovun verdiyi məlumata görə, şikayətə noyabrın 17-də Nərimanov rayon Məhkəməsində baxılacaq.
Nərimanov rayon Məhkəməsinə C. Hacıyevin vəkili tərəfindən edilən şikayətdə onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmasının qanunsuz hesab edilməsi istənilib.
C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham edilir.