CAHANGİR HACIYEVƏ QARŞI 120 MİLYONLUQ İTTİHAM - Mənimsəmə

Dünən barəsində həbs qətimkan tədbiri seçilən Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev barəsində bəzi yeni məlumatlar bəlli olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, C.Hacıyevə baş prokurorluq tərəfindən verilən ilkin ittihamda onun Beynəlxalq Bankdan 120 milyon manat pulu mənimsədiyi bildirilir.Bu məbləğ ilkin araşdırma zamanı aşkarlanan rəqəmdir, istintaqın gedişi zamanı mənimsəmə məbləğinin yüksələcəyi də istisna deyil.
Bundan başqa, sabiq bankir saxta yolla 10 nəfərə yaxın sıravi vətəndaşların adına külli-miqdarda kredit rəsmiləşdirərək özü götürüb.
C.Hacıyev hazırda Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə)və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. Qeyd edək ki, bunlar da ilkin ittihamlardır. İstintaqın gedişindən asılı olaraq ona əlavə maddələrlə də cinayət işinin açılacağı gözlənilir.
Xatırladaq ki, C.Hacıyev barəsində həbs qətimkan tədbiri “Bandotdel”in vəsatəti əsasında baş prokuror Zakir Qaralovun imzası ilə verilən sanksiya təqdimatı əsasında seçilib.






Fikirlər