Amerikanın aparıcı beyin mərkəzlərindən birinin - Beynəlxalq Əlaqələr Şurasının(Council on Foreign Relations) 2023-cü ildəki münaqişələrə həsr etdiyi araşdırmaya əsasən, Qarabağ ətrafında baş verənlər üçüncü dərəcəli münaqişələr qrupuna daxil edilib.
Moderator.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu o deməkdir ki, münaqişə ehtimalı orta, ABŞ üçün dəyəri isə aşağıdır. Eyni qrupa Yəmən, Liviya, Somalidəki münaqişələr, Suriya və İraqda Türkiyə ilə kürd terrorçularının qarşıdurması, Kəşmirdəki toqquşma da daxildir.
Tayvan, Ukrayna, Rusiya, Şimali Koreya, İsrail-İran münaqişələri, Mərkəzi Amerika və Meksikadakı siyasi və iqtisadi qeyri-sabitlik ABŞ-ın prioritetləri sırasındadır.
Tədqiqatda ABŞ-ın maraqları nəzərə alınmaqla əsas münaqişələrə üstünlük verilib. Riskin qiymətləndirilməsi matrisi “ABŞ-ın maraqları üçün vaciblik” meyarlarına və münaqişə ehtimalının dərəcəsinə əsaslanır.
Sultan Laçın