"Ümid Partiyasının hər hansı bir partiya ilə birləşmək kimi fikiri yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında partiyanın sədri İqbal Ağazadə deyib. O bildirib ki, "Ümid” qanunun tələbinə uyğun olan 6 min üzvü artıq hazırlayıb və Ədliyyə Nazirliyinə təqdim edib:
"Bizim elə bir problemimiz yoxdur, bunu üzvlərinin sayı az olanlar düşünsün. "Ümid”in qapısı hər kəsə açıqdır. İstər kollektiv, istərsə də fərdi üzvlük olsun. Hər hansı bir təşkilat birləşmə ilə bağlı müraciət edə bilər. Amma yenə də üzvlük fərdi qaydada həyata keçiriləcək. Bizim şəxsən özümüzün təşəbbüsümüzlə aparılan danışıqlar yoxdur”.
İqbal Ağazadə deyir ki, "Siyasi partiyalar haqqında” qanun artıq qəbul olunub və bundan sonra onunla bağlı hər hansı şərh verməyin mənası da yoxdur:
"Qanun qəbul olunana kimi hər hansı bir fikir bildirmək olardı, yəni təkliflərin nəzərə alınması mümkün idi. Qüvvəyə minmiş qanun layihəsi var, siyasi partiyalar da fəaliyyətlərini həmin qanuna uyğun tənzimləyir”.
Ads by
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by
Reklamınızı SmartBee ilə effektiv edin.