İsa Qəmbərin mərkəzinin tələbləri
Milli Strateji Düşüncə Mərkəzi Azərbaycan hakimiyyətini G20 toplantısına qədər bir sıra addımlar atmağa çağırıb. Mərkəzdən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, toplantıya qədər bütün siyasi məhbusların azad edilməli, 2015-ci il 1 noyabr tarixli parlament seçkilərinin nəticəsinin rəsmiləşdirilməməsi və yaxın müddətdə yeni seçkilərin keçiriləcəyinin bəyan edilməli, Azərbaycanda əsas siyasi və iqtisadi azadlıqların bərqərar edilməsi ilə bağlı kursun bəyan edilməli, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq ölkəmizin avroatlantik inteqrasiya istiqamətində addımlar atacağının bəyan edilməsi, Avropa İttifaqına, NATO-ya üzvlüklə bağlı müraciət edilməsi və Ümumdünya Ticarət Təşkilatı ilə üzvlük danışıqlarının sürətləndirilməli, beynəlxalq birliyin diqqət mərkəzində olan geopolitik mövzularda, Ukrayna, Suriya kimi münaqişə məsələlərində aydın və birmənalı mövqe bildirilməlidir. Azərbaycanın beynəxalq birlikdən təcridinin dayandırılması və köklü problemlərimizin Azərbaycanın maraqlarına uyğun şəkildə həllinə nail olunması yolunda Türkiyə ilə strateji müttəfiqliyi daha da dərinləşdirmək lazımdır. Türkiyə həm Antalya sammitinin təşkilatçı, həm də yaxın bir ildə G20-yə koordinatorluq edəcək dövlət olaraq Azərbaycana önəmli dəstək verə bilər. MSDM hakimiyyətin mütləq atmalı olduğu addımaları vurğulamaqla yanşı, ölkə ictimaiyyətinə və xüsusən demokratik düşərgədə təmsil olunan partiyalara, qurumlara, şəxslərə müraciət edərək bu çətin mərhələdə hamını məsuliyyətli davranmağa, siyasi konyukturaya deyil, xalqımızın və dövlətimizin köklü maraqlarına uyğun mövqe tutmağa çağırır.(Azərtaym.az)