"Dünya güclüləri sevir, qlobal güc və cəsarət mərkəzi bu gün Ukraynadadır..."

"Ukraynanın sülh düsturunun mənası konkret beynəlxalq münasibətlərin əsasına çevrilir..."
 
"Sanksiyalar bundan sonra da davam edəcək ki, Rusiyanın təcavüz potensialından heç nə qalmasın..."
 
"Bu gün qlobal güc və cəsarət mərkəzi Rusiya təcavüzünə qarşı dayanan Ukraynadadır."
 
Ukrayna prezidenti "Donbasda mövqelərimizi dəyanətlə, cəsarətlə müdafiə edən, düşməni məhv edən və şərqdə belə güclü nəticəyə görə və bu səbəbdən bütün başqa istiqamətlərdə belə nəticələrə görə" minnətdarlıq edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski fevralın 25-də videomüraciətində bəyan edib.
 
"Ukrayna möhkəmdir və daima möhkəmlənir. Dünya güclüləri sevir və cəsarətlilərə yardım edir. Bu gün qlobal güc və cəsarət mərkəzi məhz burada, Ukaynada, dövlətimizi qoruyan insanlarımızdadır. Bizim torpağımızı, Donetsk vilayətimizi, Luqansk vilayətimizi, qəddar və ağrılı döyüşlər gedən bütün torpaqlarımızı qoruyan insanlarımızdadır", - o, deyib.
 
Zelenski Ukrayna Silahlı Qüvvələrinin cəbhədə fərqlənən bölmələrini sadalyıb. Prezident o cümlədən Baxmut istiqamətində döyüşlərdə igidliyə və nəticələrə görə 56-cı əlahiddə motopiyada briqadası və 77-ci əlahiddə aeromobil briqadasının döyüşçülərini qeyd edib.
 
"Uşaqlar, düşmənə layiqli müqavimətinizə görə sizə minnətdaram", - o, deyib.
 
Zelenski həmçinin fevralın 25-də peşə bayramını qeyd edən USQ-nin mühəndis-avasiya xidmətinin hərbi qulluqçularını da qeyd edib.
 
"Bu adamlar öz peşəkarlığı ilə bizim səmamızı qorumaq qabiliyyətimizi tamamilə sübut edib. Mən qələbəmizə öz mühəndis-aviasiya tövhəsini verən hamınıza minnətdaram", - prezident vurğulayıb.
 
"Ukraynanın sülh düsturunun mənası konkret beynəlxalq münasibətlərin əsasına çevrilir"
 
Öz videomüraciətində Zelenski BMT Baş Assambleyasında Ukraynada sülh barəsində qətnamə üzrə səsverməni şərh edib.
 
"Bu həftə BMT Baş Assambleyasında qəbul edilən qətnaməmiz yaxşı diplomatik impuls olub. Bu qətnamə Ukraynada sülh haqqında, dövlətimizin ərazi bütövlüyü və beynəlxalq hüququn Rusiya təcavüzündən müdafiəsi haqqındadır. Faktiki olaraq biz görürük ki, bizim sülh düsturumuzun mənası konkret beynəlxalq siyasi-hüquqi qərarların əsasına çevrilir və dünyanın əksəriyyəti bu qərarları dəstəkləyir", - o, deyib.
 
Ukrayna prezidenti Ukrayna qətnaməsinə dəstək verən 141 dövlətin hər birinə minnətdarlığını bildirib.
 
"Mən Ukrayna ilə azadlığı və beynəlxalq düzəni eyni dərəcədə dəyərləndirən hər bir dövlət liderinə və hər bir xalqa minnətdaram", - Zelenski vurğulayıb.
 
O, Ukraynanın xarici siyasət fəaliyyətinin nəyə əsaslandığını izah edib.
 
"Diplomatlarımızın hər bir uğuru, dövlətimizin hər bir xarici siyasət imkanları və dünyanın ukraynalılara diqqətinin hər bir təzahürü Ukrayna xalqının sarsılmazlığına, döyüşçülərimizin sarsılmazlığına, Ukraynanın möhkəm olması və daima möhkəmlənməsinə əsaslanır. Dünya güclüləri sevir. Və cəsarətlilərə yardım edir", - Zelenski bəyan edib.
 
"Rusiyaya qarşı sanksiyalar bundan sonra da tətbiq ediləcək"
 
Zelenski Avropa İttifaqının  Rusiyaya qarşı 10-cu sanksiyalar paketindən də danışıb və bəyan edib ki, Ukraynaya soxulmuş Rusiyaya qarşı bu, sonuncu paket olmayacaq.
 
"Sanksiyalar bundan sonra da tətbiq ediləcək ki, Rusiyanın təcavüz potensialından heç nə qalmasın", - Ukrayna prezidenti deyib.
 
"Onlar heç nə edə bilməyəcəklər. Diplomatlarımız və dövlətimiz Rusiyanın atom sahəsinə, "Rosatom"a, terrorçu dövlətin raket proqramına və nüvə şantajına aid olanlara qarşı qlobal, o cümlədən Avropa sanksiyalarının genişləndirilməsi üzərində işləyir. Artıq ABŞ və Britaniyanın cavab addımları var", - Zelenski izah edib.
 
Onun sözlərinə görə, Ukrayna Avropa İttifaqından da cavab addımları gözləyir.
 
"Əlbəttə, biz Ukraynanın Rusiya subyektləri və onlara kömək edənlərə qarşı sanksiyaları üzərində işləyirik. Müvafiq qərarlar olacaq", - Zelenski vurğulayıb.






Fikirlər