“Adil Kərimli kabinet adamı deyil” - Sabir Rüstəmxanlı

"Kəndlərdə fəaliyyət göstərən kitabxanalara yeni ədəbiyyat, kitablar gəlmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında deputat Sabir Rüstəmxanlı deyib. Deputat bildirib ki, dövlət bu kitabları almalı və kəndlərdə yerləşən kitabxanalara göndərməlidir:
"Mən bu barədə Milli Məclisin komitə iclasında məsələ qaldırdım. Mədəniyyət nazirinin müavini Adil Kərimli də bildirdi ki, bu sahədə ciddi nöqsanlar var. Çalışacağıq ki, bu nöqsanlar aradan qaldırılsın. Adil Kərimli gənc, qabiliyyətli bir adamdır. Birinci müavin olaraq ilk növbədə bölgələrdə, ucqar kəndlərdə nazirliyin tabeliyində olan müəssisələrlə maraqlanır, onun hazırkı vəziyyətini öyrənir”
Sabir Rüstəmxanlı Adil Kərimlinin kabinet adamı olmadığını vurğulayıb.






Fikirlər