“Ermənilər bayrağımızın altından keçsin, desin ki, Azərbaycan vətənimdir...”

“Ermənilər bayrağımızın altından keçsin, desin ki, Azərbaycan vətənimdir...”

“Ermənilərə sosial müavinətlərin veriləcəyi bağlı səslənən fikirlərin hamısı siyasətdir. Onsuz da ermənilər heç buna gedən də deyillər. Bizimkilər də bunu deməyə məcburdurlar. Ona görə də millət bir balaca gözləsə, daha yaxşı olar”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.

O, siyasi şərhçi Zərdüşt Əlizadənin “Qarabağ ermənilərinin hakimiyyətimiz altına keçməsi üçün onlara 30 il ərzində yığılıb qalan müavinətlərini verməliyik” fikirlərinə münasibət bildirib. 

N.Cəfəroğluya görə, bu, sadəcə olaraq dövlətin siyasətidir ki, beynəlxalq təşkilatlara mövqeyimizi göstərək: 

“Biz buna dözməliyik, görək, axırı nə olacaq. İndi buna nə hə, nə də yox demək olar. Hazırda elə şeylər də var ki, biz bunun içərisində deyilik, amma dövlət rəsmiləri xarici siyasətimizdə o qədər əziyyətlər çəkir ki, biz nəsə əldə edək”. 

“Hesab edirəm ki, ağıllı insanlar gözləməli və fikirləşməlidirlər ki, dövlətin qorunması, habelə bütövlüyü üçün nə vacibdirsə, onu da etməliyik. Xalqımız təmkinli olmalıdır”, - əlavə edib. 

“Əgər onlar bizim Konstitusiyamızı qəbul edəcəklərsə, qanunlarımızla oturub-duracaqlarsa, bayrağımızın altından keçəcəklərsə, ən əsası isə Xankəndinin Azərbaycan ərazisi olduğu həqiqəti ilə barışacaqlarsa, onda əhalimiz olduğu üçün biz də onlara hansısa güzəşlər edə bilərik. Amma açıq ürəklə desinlər ki, Azərbaycan mənim dövlətimdir və mən bu dövlətin vətəndaşıyam”, - yekunlaşdırıb. 






Fikirlər